Icma.az
close
up
RU
“Zəkaların mübarizəsi” başa çatdı

“Zəkaların mübarizəsi” başa çatdı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib. Alena Əliyeva tədbirdə iştirak edib.

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib ki, olimpiadanın əsas məqsədi gənc nəsildə strateji düşüncə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirməkdir.

Daha sonra yarışlara start verilib. Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai və Nərimanov rayonları, həmçinin Gəncə, Naxçıvan, Mingəçevir və Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan və Neftçala rayonlarının komandaları iştirak ediblər.

Şahmat turnirində isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail və Yasamal rayonları ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt və Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala və Tovuz rayonlarının komandaları mübarizə aparıblar.

Bilik yarışı üzrə final mərhələsində 18 komanda, ümumilikdə, 108 şagird iştirak edib. Şahmat turnirində isə hər biri 4 nəfərdən ibarət 18 komandanın tərkibində ümumilikdə 72 şagird iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edərək bildirib ki, intellektual yarışlar gənclərin formalaşmasında mühüm rol oynayır.

Tədbirdə çıxış edən Alena Əliyeva bildirib: “Çox şadam ki, artıq iki ildir bu olimpiada həyata keçirilir. Dəstək üçün Heydər Əliyev Fonduna və Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Təhsil uğura gedən yoldur. Əziz şagirdlər, bu, sizin uğurunuzdur. Olimpiadanın bütün iştirakçılarını təbrik edirəm. İnanıram ki, gələcəkdə bu yolu birlikdə davam edəcəyik”.

Daha sonra olimpiadanın nəticələrinə əsasən qalib komandalar müəyyənləşdirilib, hər iki kateqoriya üzrə qızıl, gümüş və bürünc medallar sahiblərinə təqdim olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri