Icma.az
close
up
RU
Zelenski ABŞ dən əmin deyil, ona görə də Avropanı manipulyasiya edir ŞƏRH

Zelenski ABŞ dən əmin deyil, ona görə də Avropanı manipulyasiya edir ŞƏRH

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 21-də Davos İqtisadi Forumunda çıxışı zamanı ABŞ və Avropanın Kiyevə gələcək dəstəyi ilə bağlı mühüm mesajlar verib. O bildirib ki, ABŞ-nin Avropa üçün əvəzsiz müttəfiq olduğu aydındır. 

“Bəs ABŞ-də kimsə Avropanın nə vaxtsa onları tərk edəcəyindən, müttəfiqi olmağı dayandıra biləcəyindən narahatdırmı? Cavab mənfidir. Prezident Tramp Avropanın fərqinə varacaqmı? O, NATO-nu zəruri hesab edirmi və Avropa İttifaqı institutlarına hörmət edəcəkmi? Avropa öz müttəfiqləri üçün ikinci və ya üçüncü olmalı deyil. Bu baş verərsə, dünya Avropasız irəliləməyə başlayacaq. Bu, bütün avropalılar üçün faydalı olmayacaq. Avropa prioritetlər, ittifaqlar və texnoloji inkişafda birincilik uğrunda rəqabət aparmalıdır. Biz daha bir dönüş nöqtəsindəyik, bəziləri bunu Avropa üçün problem kimi görür, bəziləri isə şans adlandırır. Avropa özünü güclü qlobal oyunçu, əvəzolunmaz oyunçu kimi təsdiq etməlidir”, -  Zelenski deyib.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tramp hakimiyyəti dövründə ABŞ-nin savaşla bağlı siyasətində ciddi dəyişiklik hiss edilməsi gözlənilir. Onun sözlərinə görə, böyük ehtimalla Tramp hakimiyyəti Rusiya ilə münasibətləri daha çox pisləşdirməmək naminə Ukraynaya dəstəyi azaldacaq:

“Beləliklə, Vaşinqton Moskva ilə Kiyev arasında danışıqların başlanmasına nail ola bilər. Mümkündür ki, Ukrayna ABŞ-nin dəstəyi azaldacağını indidən təxmin edir. Ona görə də Avropanın yardımı artıracağına ümid edir. Zelenskinin səsləndirdiyi fikirlər də məhz bu kontekstdən qiymətləndirilməlidir. ABŞ -nin perspektivdə Ukraynaya dəstəyi azaltması Aİ ölkələri arasında fikir ayrılığını gücləndirəcək. Bəzi dövlətlər Kiyevə dəstəyi artırmaqda israr edəcəklər. Bəziləri isə əksinə, geri çəkilmək barədə düşünə bilərlər. Bu ehtimal Zelenskini narahat edir”.

K.Novruzov qeyd etdi ki, bu baxımdan Zelenskinin səsləndirdiyi fikirlər daha çox manipulyasiya və psixoloji təsir xarakterlidir:

“”Avropa özünü güclü qlobal oyunçu, əvəzolunmaz oyunçu kimi təsdiq etməlidir”,  fikirləri birbaşa olaraq təlqin vasitəsidir. İndi Avropa ya Zelenskinin səsləndirdiyi fikirləri, həqiqətən, güclü olduğunu sübut etməli, ya da geri çəkilməlidir. Fikrimcə, Aİ vahid qərar qəbul edə bilməyəcək”.

Günay Rəsulqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri