Zelenski ABŞ nümayəndələri ilə görüşün vaxtını açıqladı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski sabah İrlandiyanın paytaxtı Dublində ABŞ-nin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüşəcək. Bu görüşdən əvvəl ABŞ nümayəndələri danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə V.Zelenski özünün "Telegram" kanalında məlumat verib.
Dövlət başçısının sözlərinə görə, Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdən sonra ABŞ nümayəndə heyəti Rusiyaya yollanacaq.
Bundan sonra Kiyev və Vaşinqton arasında mövqelərin növbəti dəfə razılaşdırılması həyata keçiriləcək.
"Daha sonra amerikalı nümayəndələr Rusiyaya yollanacaqlar. Həmin danışıqlardan sonra biz yenidən mövqelərimizi razılaşdıracaq və mümkün növbəti addımları müəyyənləşdirəcəyik. Onlarla sabah Dublində görüşəcəyik", - deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Ukrayna üçün əsas prioritet müharibənin layiqli sülh şərtləri ilə mümkün qədər tez başa çatdırılmasıdır. Bunun üçün ABŞ güclü mövqeyə malik olmalı və müharibənin dayandırılması məqsədilə Rusiyaya təsir göstərə bilməlidir. Rəsmi Kiyev, həmçinin diplomatik prosesin bütün mərhələlərində Avropanın mütləq iştirak etməsində israrlıdır.
Zelenski əlavə edib ki, Əbu-Dabidə keçirilən əvvəlki görüşlər zamanı tərəflər artıq mühüm nəticələr əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Noyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















