Zelenski bu əmri versin, müharibə bu gün bitəcək
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Xüsusi hərbi əməliyyat” günün sonuna qədər bitə bilər. Bunun üçün Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının bölgələrinin ərazisini tərk etməyi əmr etməlidir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz də bu barədə dəfələrlə danışmışıq. Bu barədə prezident də Xarici İşlər Nazirliyinin rəhbərliyi qarşısında çıxış edərkən deyib. Buna nail olmaq üçün Zelenski silahlı qüvvələrinə Rusiya bölgələrini tərk etməyi əmr etməlidir”, - Peskov bildirib.
Qeyd edək ki, “Rusiya bölgələri” deyiləndə Peskov Ukraynadan qoparılaraq, Rusiyanın tərkibinə daxil edilən Ukraynanın qanuni torpaqlarını (Luqans, Donetsk, Xerson və Zaporojye vilayətləri) nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















