Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Zelenski Davosda Avropa liderlərini “topa tutdu” Ukrayna liderindən tarixi çıxış

Zelenski Davosda Avropa liderlərini “topa tutdu” Ukrayna liderindən tarixi çıxış

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı Qərbin təhlükəsizlik siyasəti, Rusiya-Ukrayna müharibəsi, Avropa İttifaqının passivliyi, İran rejimi və qlobal güclərin ikili standartları ilə bağlı bir sıra sərt və diqqətçəkən bəyanatlar səsləndirib.

Zelenski bildirib ki, Ukraynanın müstəqilliyi təkcə Kiyev üçün deyil, Qərbin öz həyat tərzini qoruması baxımından da həlledici əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, qlobal elita bunu gec də olsa anlamalıdır: “Siz – qlobal elita Ukraynanın müstəqilliyinə hamıdan çox ehtiyac duyursunuz. Çünki sabah öz həyat tərzinizi müdafiə etmək məcburiyyətində qala bilərsiniz”.

Ukrayna Prezidenti Macarıstanın Baş naziri Viktor Orbanı da tənqid edib. Zelenski bildirib ki, Avropanın maliyyə resurslarından istifadə edib, eyni zamanda Avropanın maraqlarını satmağa çalışan siyasətçilərə güzəşt edilməməlidir:“Avropanın pulu ilə yaşayan və eyni zamanda Avropanın maraqlarını satmağa çalışan hər bir Viktor biləyinə şillə vurulmağa layiqdir. Əgər o, Moskvada özünü rahat hiss edirsə, biz onun Avropa paytaxtlarını ‘Moskva’ya çevirməsinə icazə verməməliyik”.

Zelenski Avropa İttifaqının təhlükəsizlik məsələlərində NATO-ya həddindən artıq güvəndiyini vurğulayıb.

Onun fikrincə, Avropa bu gün real sınaqlara hazır deyil:“Bu gün Avropa İttifaqı demək olar ki, tam şəkildə NATO-nun hərəkətə keçəcəyinə inanır. Amma heç kim bu ittifaqın real sınaqdan keçirildiyini görməyib. Əgər Putin Litvaya və ya Polşaya hücum etməyə qərar versə, kim cavab verəcək?”

Rusiya ordusunun vəziyyətinə toxunan Zelenski qeyd edib ki, Ukrayna ağır şəraitdə döyüşsə də, Rusiya da ciddi itkilər verir:“Biz çətinvəziyyətdəyik, ammaruslarda. Biz onların hücumlarına cavab veririk. Əgər ötən ilin bu vaxtlarında rus ordusu ayda təxminən 14 min itki verirdisə, indi bu rəqəm ayda ölü olaraq 35 minə çatıb. Onlar ayda 43000 nəfər səfərbər edir və 35 000 nəfər itirməyə başlayırlar, bu 43 nəfərdən təxminən 10-15%-nin qaçdığını və bəzilərinin yaralandığını da bilməlisiniz.Onların ordusunun say artımı dayandırıldı, bu, bizim üçün vacibdir, çünki dron operatorlarımız və dron texnologiyamız var”.

Zelenski ukraynalıların mübarizəsini “azadlıq savaşı” adlandıraraq bildirib ki, bu xalq uduzmayacaq: “Ukraynalılar qəhrəman xalqdır. Onlar ailələri, evləri və azadlıqları uğrunda vuruşurlar və bu müharibədə uduzmayacaqlar”.

Prezident Rusiya ordusunun taktikasını da kəskin tənqid edib.

Onun sözlərinə görə, Rusiya dörd ildir cəbhədə həlledici nəticə əldə edə bilmədiyi üçün mülki infrastrukturu hədəfə alır: “Rusiya enerji infrastrukturumuza hücum edir. Məqsəd Ukraynanı qaranlıqda qoymaqdır. Onlar xəstəxanaları, uşaq bağçalarını, vacib mülki obyektləri vururlar. Bahalı raketlər cəbhə xəttinə yox, dinc əhaliyə qarşı istifadə olunur. Bu, Rusiyanın simasıdır. Bu müharibənin simasıdır. Bu, açıq-aşkar soyqırımıdır”.

Zelenski beynəlxalq ədalət mexanizmlərindəki ikili standartlara da diqqət çəkib: “ABŞ Prezidenti Venesuelada əməliyyat keçirdi və Maduro həbs olundu. Bu qərarla bağlı fərqli fikirlər var idi, amma fakt dəyişmir: Maduro indi Nyu-Yorkda məhkəmə qarşısındadır. Bağışlayın, amma Putin həbs edilmir və məhkəmə qarşısına çıxarılmır”.Avropaya tribunal çağırışı

Ukrayna lideri Rusiyanın hərbi cinayətlərinə görə xüsusi tribunalın yaradılmasının gecikməsini də tənqid edib: “Bir çox görüşlər keçirilib, amma Avropa hələ də real səlahiyyətləri və işlək mexanizmi olan tribunal yaratmaq mərhələsinə çatmayıb. Burada nə çatışmır – vaxt, yoxsa siyasi iradə? Çox vaxt Avropada ədalətdən daha ‘təcili’ məsələlər tapılır”.

Qeyd edək ki, bu çıxışdan təxminən iki saat sonra Avropa İttifaqı Rusiyaya qarşı xüsusi tribunalın yaradılması üçün ilkin mərhələdə 10 milyon avro ayırıb.

Zelenski İranla bağlı fikirlərində bildirib ki, bu gün Ukrayna səmalarında istifadə edilən dronların arxasında vaxtında verilməyən siyasi qərarlar dayanır: “Biz gündə təxminən min ədəd tutucu dron istehsal edirik, amma bu kifayət deyil. Rusiya isə gündə təxminən 500 İran dronu və onlarla raket əldə edir. Niyə? Çünki İran xalqı etiraz edəndə dünya kənardan baxdı”.

Onun sözlərinə görə, İran etirazları zamanı real addımlar atılmadı və nəticədə rejim gücləndi: “Dünya İran xalqına lazımi kömək etmədi. Siyasətçilər mövqe formalaşdırana qədər ayətullah artıq minlərlə insanı öldürmüşdü. İran rejimi sağ qaldıqca, bu, bütün tiranlara mesajdır: kifayət qədər adamın varsa, hakimiyyətdə qala bilərsən”.

Zelenski qeyd edib ki, Rusiyanın silah istehsalı təkcə Çinin deyil, Qərb şirkətlərinin də dolayı iştirakı ilə davam edir: “Bəli, Çin Rusiyaya kömək edir. Amma təkcə Çin yox. Rusiya komponentləri Avropa, ABŞ və Tayvandan olan şirkətlərdən alır. “Patriot” raketləri ilə bizə kömək edənlərə təşəkkür edirik, amma bəlkə Rusiyanı raket istehsalı üçün lazım olan komponentlərdən ayırmaq daha ucuz və effektiv olardı?”

Zelenski Avropanın strateji qeyri-müəyyənliyinə də toxunub:“Hər kəs Qrenlandiyaya baxır, amma liderlərin çoxu nə edəcəyini bilmir. ABŞ-nin marağının azalmasını gözləyirlər. Bəs bu baş verməsə necə olacaq?”

Onun sözlərinə görə, Avropa özünü müdafiə etməyi öyrənməlidir: “Qrenlandiyaya 14 ya 40 əsgər göndərmək nədir? Bu Putinə, Çinə və ya Danimarkaya hansı siqnalı verir? Avropa hazırda çaşqın görünür və Tramp bu Avropanı dinləməyəcək”.

Zelenski ABŞ-nin Rusiya neftini daşıyan tankerlərə qarşı addımlarını müsbət qiymətləndirərək Avropaya sual ünvanlayıb: “ABŞ sahilləri boyunca Rusiya nefti daşıyan tankerlər saxlanılır. Bəs Avropa sahillərində niyə bu baş vermir? Axı bu tankerlər Ukraynaya qarşı müharibəni maliyyələşdirir.” “Putinin pulu olmasa, müharibə də olmaz”, – deyə o vurğulayıb. Qeyd edək ki, Zelenskinin bu çıxışından təxminən bir saat sonra Fransa Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid tankerini saxlayıb.

Zelenski bildirib ki, Ukrayna Avropa ilə birlikdə olsa, bütün qitənin təhlükəsizliyi güclənəcək: “Əgər Ukrayna NATO-da olsaydı, biz Qrenlandiyanı da qoruya bilərdik. Rusiya gəmiləri Krım yaxınlığında üzə bilmədiyi kimi, orada da üzə bilməzdi”.

Ukrayna Prezidenti çıxışının sonunda BƏƏ-də keçiriləcək görüşlə bağlı da məlumat verib: “Sabah və o biri gün Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş olacaq. Ümid edirəm ki, Əmirliklər bilir: bəzən biz Amerika tərəfindən sürprizlərlə qarşılaşırıq”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri