Icma.az
close
up
RU
Zelenski Ərdoğan görüşünün PƏRDƏARXASI: Putinə qarşı plan, yoxsa…? KONKRET

Zelenski Ərdoğan görüşünün PƏRDƏARXASI: Putinə qarşı plan, yoxsa…? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşün məhz indiki məqamda keçirilməsi bölgədə yeni siyasi proseslərin başlaya biləcəyi barədə suallar yaradıb.

Məsələ ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Azad Məsiyev bildirib ki, Rusiya–Ukrayna münaqişəsi artıq qlobal siyasi və iqtisadi sistemi ciddi şəkildə sarsıdıb:

“Bu münaqişəni başda ABŞ olmaqla Qərb NATO bloku körüklədi. Nəticədə böyük problem yarandı və həmin problemi yaradanlar onu həll etmək gücündə deyil. Ukrayna da Qərb tərəfindən daim qızışdırılıb. Bu gün Qərbdən gələn sülh çağırışları Rusiya üçün məqbul deyil, çünki münaqişədə Qərb tərəfdir və tərəf olan dövlətlərin vasitəçilik iddiası məntiqə uyğun deyil”, – o, deyib.

Məsiyevin sözlərinə görə, münaqişənin ilk günündən ABŞ və Avropa İttifaqı Türkiyəni prosesə cəlb etməyə çalışsa da, Ankara öz milli maraqlarını əsas götürərək neytral mövqedə qalıb:

“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış münasibət saxlayır. İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin görüşünün keçirilməsi də Ankara təşəbbüsü ilə baş vermişdi. Türkiyə bu münaqişədə tərəf deyil və dəfələrlə sülh danışıqlarına ev sahibliyi edib”, – siyasi şərhçi vurğulayıb.

O, qeyd edib ki, hazırkı mərhələdə vəziyyət daha kritikdir: Ukrayna ərazisinin 20-25 faizini itirib və tədricən daha çox itirir. Üstəlik, Qərbdən gələn hərbi və maliyyə dəstəyi əvvəlki kimi deyil:

“ABŞ Ukraynaya maliyyə ayırmır. Avropa da ciddi dəstək göstərmir. Bu şəraitdə Ukraynanın uzun müddət müharibəni davam etdirməsi çətindir. Rusiya hərbi üstünlüyə malik tərəfdir və onun şərtləri qəbul edilmədən sülhün əldə olunması mümkünsüzdür”, – Məsiyev bildirib.

Siyasi şərhçiyə görə, məhz bu məqamda Zelenskinin Türkiyəyə səfəri təsadüfi deyil:

“Türkiyə Prezidentinin Rusiya lideri ilə şəxsi münasibətləri var. Putin dəfələrlə bəyan edib ki, Ərdoğan sözünün və imzasının sahibi olan liderdir.

Bu səbəbdən Ankara real vasitəçi kimi çıxış edə bilər və növbəti görüşlərin də Türkiyədə keçirilməsi mümkündür”.

Məsiyev hesab edir ki, münaqişənin həlli üçün onu doğuran əsas səbəblər aradan qaldırılmalıdır. Bu baxımdan, Türkiyənin ədalətli mövqeyi və neytrallığı ona danışıqlarda xüsusi rol verir.

Nəticə olaraq, Zelenski–Ərdoğan görüşünün indiki həssas mərhələdə keçirilməsi təkcə ikitərəfli əlaqələrlə bağlı deyil, həm də Rusiya–Ukrayna münaqişəsində yeni diplomatik cəhdlərin başlaya biləcəyinin göstəricisi kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri