Icma.az
close
up
RU
Zelenski fevralda Trampa verdiyi sözü belə tutdu Ağ Evi təşvişə salan mesaj

Zelenski fevralda Trampa verdiyi sözü belə tutdu Ağ Evi təşvişə salan mesaj

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə təşkil olunan görüşə tələb olunduğu kimi klassik kostyum və qalstukla deyil, daha müasir tərzdə və rahat geyimlə qatılması müzakirə mövzusuna çevrilib. Dəyərləndirmələrə görə, bu seçim liderin sadə, hərbi ruhlu və xalqla yaxın imic yaratmaq niyyətini əks etdirir.

Geyimin həm də siyasi mesaj daşıdığı və bununla beynəlxalq auditoriyaya konkret siqnalın göndərildiyi bildirilir. Analitiklərin fikrincə, belə vizual mesajlar diplomatlar və ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki, fevral ayında ABŞ Prezidenti Donald Trampla baş tutan görüşdə Zelenskiyə rəsmi geyimdə olmaması irad bildirilmişdi.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, diplomatik etiketlərdə kostyum və geyimlərin tarixi maraqlı səbəblərə əsaslanır:

“Əvvəllər diplomatiyada iki əsas platforma mövcud idi: rəsmi danışıqlar və yemək diplomatiyası. “Məkik diplomatiyası” adlanan yanaşmada rəsmi danışıqlarda söylənməyən sözlər yemək müddətində müzakirə olunurdu. Bu dövrdə üst geyimlər dəyişdirilir, yemək zamanı smokinglərdən istifadə edilirdi. Sonradan “Papiros diplomatiyası” formalaşdı. Bu, qeyri-rəsmi söhbətlər, məsələn, siqaret çəkərkən və ya qəhvə fasiləsində liderlər arasında rahat ünsiyyət forması kimi ortaya çıxdı. Beləliklə, müasir diplomatik geyim ənənələri bu təcrübələr əsasında formalaşıb”.

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO


Əziz Əlibəyli

Ekspert bildirib ki, müasir dövrdə liderlər siyasi və hərbi mesajı eyni anda vermək məqsədilə hərbi geyimdən istifadə edirlər:

“Məsələn, Prezident İlham Əliyev Qarabağ müharibəsi zamanı hərbi formada çıxış edib. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Prezident Rəcəb Tayyib Ərdoğan da hərbi geyimi rəsmi çıxışlarında istifadə ediblər. Döyüş vəziyyətində belə geyim seçimi xüsusi mesaj verir, yəni lider ilk növbədə “əsgər” olaraq görünür.

Bu yanaşma bəzi hallarda digər dövlət rəhbərləri tərəfindən narahatlıqla qarşılanır. Bundan əvvəlki görüşdə Zelenskinin də geyim seçimi ABŞ Prezidentui Donald Trampda qıcıq yaradıb. Çünki hərbi mundirdə əyləşməsi onun silah vasitəsilə təsir gücünə malik olduğu mesajını verir. Bu dəfə Zelenski yarı hərbi, yarı rəsmi üslubu üstün tutaraq geyim seçimini dəyişib. Sözügedən geyim tərzi liderin həm danışıqlar, həm də müharibə arasında yaşadığı dilemmaya işarə edir və qərarlılıq səviyyəsini göstərmək üçün istifadə olunur”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri