Icma.az
close
up
RU
Zelenski həm Rusiyaya, həm də dəstəyi kəsən Qərb dövlətlərinə hərbi gücünün bitmədiyini göstərdi

Zelenski həm Rusiyaya, həm də dəstəyi kəsən Qərb dövlətlərinə hərbi gücünün bitmədiyini göstərdi

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“İstanbul danışıqları ərəfəsində Ukraynanın həyata keçirdiyi əməliyyatın, Türkiyədə danışıqlar aparılmasına razı olmayan dövlətlərin sifarişi ilə həyata keçirilməsini düşünmürəm. Bəli, Ukrayna Qərbdən dəstək alır. Doğrudur. Bu dəstəyin yetərli olub-olmaması başqa mövzudur. Ukrayna Qərbdən silahlar və texnologiyalar alır. Amma nəzərə almaq lazımdır ki, həyata keçirilən əməliyyatları birbaşa Ukraynanın təhlükəsizlik xidməti və hərbçiləri həyata keçirirlər, onların da bu peşəkarlığını yüksək qiymətləndirmək lazımdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Oqtay Qasımov bildirib ki, Ukrayna bu tipli əməliyyatları Qərbdəki müttəfiqləri ilə razılaşdırsa da, özü müstəqil həyata keçirir.

Oqtay Qasımov

“İstanbul görüşü ərəfəsində Rusiya ərazisinin beş aerodumun hədəfə alınması və strateji bombardmançı təyyarələrin hədəfə alınması, faktiki olaraq bu təyyarələrin üçdə birindən çoxunun məhv edilməsi böyük bir uğur sayıla bilər. Bu əməliyyat müasir dövrümüzün "Troya savaşı" kimi də dəyərləndirilə bilər. Eyni zamanda bu əməliyyat Ukrayna təhlükəsizlik xidməti əməkdaşlarının və hərbçilərin yüksək peşəkarlığının sübutu kimi qeyd olunmalıdır.

Bu əməliyyatlar bir neçə ünvana yönəlmiş mesaj kimi də nəzərə alına bilər. Düşünürəm ki, ilk mesaj məhz Rusiyanın özünə idi? Belə ki, Ukraynanın Rusiyada, hətta o böyük ölkənin minlərlə kilometr dərinliyindəki hədəfləri vurmaq imkanları var. Belə bir əməliyyat keçirmək qabiliyyətindədir və müqavimətin bundan sonra davam edəcəyini də əslində mesajını vermiş oldu. Eyni mesajlar bir formada Ukraynaya təzyiq edərək onu Rusiyanın bir çox qəbuledilməz şərtlərinin qəbul olunmasına məcbur etmək istəyən dövlətlərə də yönəlib. Həm də Qərb dövlətlərinə bir mesajdır. Yəni Qərb dövlətlərinə mesaj verilir ki, siz əgər Ukraynanı daha ciddi şəkildə daha effektiv müdafiə etsəniz və ona lazım olan texnologiyanı silah sursatı versəniz, Ukrayna özü Rusiyanın aqressiyasının qabağında dayanmağa və müqavimət göstərməyə davam edəcək və bu potensiala sahibdir”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri