Icma.az
close
up
RU
ZELENSKİ İSTEFAYA GETMƏLİDİR Əgər Putinə verilən qələbə raportları doğrudursa...

ZELENSKİ İSTEFAYA GETMƏLİDİR Əgər Putinə verilən qələbə raportları doğrudursa...

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şahin Cəfərli, siyasi şəhrçi

Putin və Rusiya hərbi komandanlığı növbəti teatrlaşdırılmış səhnəcik oynayıblar. Rusiyalı bəzi hərbi blogerlərin Turgenevin məşhur əsərindən ilhamlanaraq “Mumu” adlandırdığı Baş Qərargah rəisi Gerasimov guya Kupyansk (Xarkov vilayəti) şəhərinin "azad olunduğunu" deyib. O, Pokrovsk (Donetsk vilayəti) şəhərinin 70%-nin, Volçansk (Xarkov vilayəti) şəhərinin isə 80%-nin nəzarətə götürüldüyünü iddia edib.

Başqa bir general söhbətə qarışaraq Gerasimovun "unutduğu" Yampol (Donetsk vilayəti) şəhərinin də "azad olunduğu" haqda ali baş komandana raport verib.

Gurultulu raportlardan vəcdə gələn diktator isə öz növbəsində Kupyansk-Uzlovoyda (kiçik qəsəbə) guya 15 Ukrayna batalyonunun mühasirəyə düşdüyü nağılını danışıb...

Xatırladaq ki, bundan əvvəlki - 29 oktyabr tarixli səhnəcikdə Gerasimov Pokrovsk və Kupyansk şəhərlərinin mühasirəyə alındığını, Putin isə hər iki şəhərdə 10 mindən çox Ukrayna əsgərinin "kotyol"da qaldığını demişdi. O, hətta xarici jurnalistlərin bu şəhərlərə səfərini təşkil etmək təklifi ilə çıxış etmişdi. Lakin "mühasirə" uzandıqca Rusiya MN sonrakı günlərdə gah Pokrovskdakı Ukrayna əsgərlərinin təslim olmağa başladığı, gah Kupyanskın ayrı-ayrı hissələrinin "boyevik"lərdən təmizlənməsi haqda məlumatlar yaymağa başladı. Əslində Putinin jurnalistləri adı çəkilən şəhərlərə aparmaq təklifi yaxşı təklif idi. Əgər qələbə raportları doğrudursa, onda Gerasimov özü jurnalistləri götürüb, məsələn, Kupyanska gedərək şəhər mərkəzindən foto və video paylaşa bilər.

Təbii ki, bu yalanların intensivləşdirilərək psixoloji təsir və təzyiq xarakterli səhnələrlə müşayət olunması səbəbsiz deyil. Moskva hazırda Ukrayna əleyhinə Vaşinqtonla (Trampın yaxın çevrəsi ilə) koordinasiya olunan şiddətli informasiya savaşı, Avropaya qarşı isə onları qorxutmağa, Ukraynaya aktiv dəstəkdən çəkindirməyə yönəlmiş xüsusi xidmət əməliyyatları, o cümlədən diversiyalar aparır. Guya Ukrayna müdafiəsinin çökdüyü və rus ordusunun sürətlə irəlilədiyi, bu səbəbdən Kiyevin təslimçi sülhü qəbul etmək zorunda olduğu haqda rəy formalaşdırılır. Əlbəttə ki, cəbhədə vəziyyət mürəkkəbdir və rusların taktiki irəliləyişləri var, lakin hər kv.metr onlara çox baha başa gəlir və Ukraynanın kapitulyasiyasını diktə edən bir durum yoxdur.

Ukrayna üçün hazırda ən ciddi problem korrupsiya qalmaqalı (bu məsələnin faş edilməsi də təsadüf deyil) səbəbilə demoralizə olmuş, qəhrəman obrazı sarsılmış və basqılara dayanıqsız hala gəlmiş prezidentə - ali baş komandana sahib olmaqdır. Zelenski ən yaxın dostunun və hökumətindəki bəzi nazirlərin vətənə xəyanətə bərabər əməllərinə görə siyasi və mənəvi məsuliyyət daşıyır.

Məncə, Zelenski Ukrayna dövləti və xalqının mənafeləri naminə istefaya getməyi ciddi şəkildə düşünməli, sülh barədə qərarı xalqın seçəcəyi yeni prezidentin verməli olduğunu bəyan etməlidir. Bu, Vaşinqtondakı alverçi-möhtəkirlərin təzyiqindən yayınmağa və vaxt udmağa da kömək edərdi. Ukraynanın növbəti prezidenti böyük ehtimalla bu savaşda parlayan hərbçilərdən biri olacaq.

“AzPolitika”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri