Zelenski korrupsiya qalmaqalına görə Ukraynanın iki nazirinin istefasını tələb etdi
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Ukrayna Prezidenti Vladimir Zelenski öz Teleqram kanalında korrupsiya qalmaqalına görə energetika naziri Svitlana Qrinçukun və keçmiş ədliyyə naziri Herman Qaluşenkonun istefasını tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Hesab edirəm ki, ədliyyə naziri və energetika naziri öz vəzifələrində qala bilməzlər. Bu, digər məsələlərlə yanaşı, etimad məsələsidir. İttihamlar varsa, onlara cavab verilməlidir",- deyə o, qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, nazirlərin istefaya göndərilməsi barədə qərar operativ şəkildə qəbul edilib. Zelenski Ukraynanın baş naziri Yuliya Svırıdenkodan bu nazirlərdən istefa verməsini istəyib.
O bildirib ki, çıxarılandan sonra hər şey qanuni yolla həll olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Noyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















