Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna savaşı indi daha mürəkkəb, daha çox tərəfin maraqlarının toqquşduğu bir "geopolitik düyünə" çevrilir... Rusiya "böyük hərbi labirint"in içərisində çıxış yolu tapa bilməyərək, dolaşmağa məhkum duruma salınıb...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı Rusiya üçün olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, Prezident Vladimir Putinin Alyaska görüşündə əldə olunan razılaşmaları çox qısa müddətdə pozması Ağ Ev sahibi Donald Trampın ənənəvi mövqeyinə ciddi şəkildə təsir göstərməkdədir. Hər halda, Ağ Ev sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putin tərəfindən növbəti dəfə aldadıldığını düşünür. Və ona görə də, prezident Donald Trampın Rusiyaya yönəlik mövqeyi tədricən sərtləşməyə doğru yönəlib.

Ona görə də, son vaxtlar Ukrayna savaşı ətrafında geopolitik dinamika böyük sürətlə dəyişdirməyə başlayıb. Hər halda, son günlərdə həm ABŞ, həm Avropa Birliyi, həm də rəsmi Kiyevdən gələn açıqlamalar Ukrayna savaşının gələcək trayektoriyasını aydın göstərir. İndi birmənalı şəkildə əmin olmaq mümkündür ki, bütün qarşıduran tərəflər kompromisdən daha çox mövqe sərtləşməsinə və geopolitik toqquşmalara doğru istiqamət alıblar.

 Onu da qeyd etmək lazımdır, prezident Donald Tramp “Diplomatiya dayanırsa, günah müqayisə tərəflərindədir” deməklə, dolayısı ilə Rusiyaya növbəti dəfə xəbərdarlıq mesajı göndərib. Ağ Ev sahibi Donald Trampın Kremlə yönəlik ritorikasının sərtləşməsi Rusiya üçün ən ciddi problemlərdən biri hesab olunur. Çünki prezident Donald Tramp son vaxtlar Ukrayna böhranının diplomatik yolla həlli istiqamətindəki fəaliyyətindən imtina etməyi nəzərdən keçirdiyini bildirib.

Ağ Ev sahibinin bununla bağlı siyasi arqumenti çox sadədir. Onun fikrincə, əgər, münaqişə tərəflərindən biri və ya hər ikisi çeviklik göstərmirsə, ABŞ-ın fəal diplomatiyasının da mənası yoxdur. Bu, Trampın klassik “sövdələşmə strategiyası”nı xatırladır. O, əvvəlcə oyundan çəkilməklə qarşı tərəfi təzyiq altında qoyur, güzəşt üçün meydan açır. Əgər, qarşı tərəf yenidən Ağ Evə qayıdarsa, Ukrayna münaqişəsində ABŞ-ın vasitəçilik fəallığının azaldılmasına paralel olaraq, rəqib üçün daha sərt şərtlərin gündəmə gətirilməsi mümkündür.

Maraqlıdır ki, Avropada da dəyişən "rüzgarlar" diqqət çəkir. Belə ki, Almaniya da mövqeyinə düzəlişlər edir və artıq öz hərbçilərini Ukraynaya sülhməramlı kimi göndərməyi planlaşdırmır. Almaniya nəşri 'Bild"in yaydığı məlumata görə, rəsmi Berlin nə Putin-Zelenski görüşünə, nə də yaxın zamanda sülh sazişinə ümid bəsləmir. Bu səbəbdən də Almaniya Ukraynaya təhlükəsizlik zəmanətlərini hərbi personal kimi yox, məhz maliyyə dəstəyi vasitəsilə təmin etməyi düşünür.

 Ona görə də, indi rəsmi Berlinin yeni strategiyası daha çox “maliyyə donoru” roluna əsaslanır. Yəni, Almaniya Ukrayna ordusunun maaşlarının bir hissəsini maliyyələşdirməyi və texniki dəstəyi davam etdirməyi planlaşdırır. Əslində bu, Almaniyanın açıq şəkildə Rusiyayla qarşıdurmadan qaçmaq siyasətinə üstünlük verdiyini göstərir. Ancaq Almaniyanın bu mövqeyi Avropa Birliyində balanssızlıq durumu da yaradır. Belə ki, Fransa siyasi liderlik axtarışındadır, Polşa sərt hərbi mövqe tutur, Almaniya isə öz dəstək məsuliyyətini iqtisadi yardımla məhdudlaşdırır.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Kiyev Ukrayna savaşını Rusiyanın "qapı"sından içəri daşımaq planları qurur. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamaları münaqişənin gələcək inkişaf istiqamətlərinə yönəlik aydın siqnallar verir. Çünki Ukrayna prezidenti ordunun Rusiyanın dərinliklərinə yeni zərbələr planlaşdırdığını açıq mətnlə bəyan edib. Və buna paralel olaraq, Ukrayna ictimaiyyətinə isə artıq “Flamingo” raketlərinin sınaq görüntüləri təqdim olunub.

Eyni zamanda, prezident Volodimir Zelenskinin açıqlamaları həm daxili auditoriyaya, həm də Qərb tərəfdaşlarına yönəlib. Rəsmi Kiyev göstərmək istəyir ki, Ukrayna yalnız müdafiə ilə kifayətlənməyəcək və müharibəni birbaşa Rusiya ərazisinə daşımaq gücünə də sahibdir. Ancaq rəsmi Kiyevin bu strategiyası Avropa dövlətləri arasında müəyyən narahatlıqlar doğurur. Belə ki, həmin ölkələrdə “Biz Ukraynaya özünü müdafiə üçün dəstək veririk. Ancaq indi Ukrayna müharibəni genişləndirir” arqumenti güclənir.

 

Onu da qeyd etmək lazımdır ki, münaqişənin ehtimal olunan gələcək trayektoriyası ilə bağlı hazırda üç əsas tendensiya diqqət çəkir. Birincisi, ABŞ prezidenti Donald Trampın sərtləşən mövqeyi, diplomatiyanın passivləşməsi Ağ Evin Ukraynaya təzyiqləri artması ilə də nəticələnə bilər. Digər tərəfdən, Almaniyanın hərbi riskdən qaçaraq, yalnız maliyyə dəstəyi ilə kifayətlənməsi müharibənin uzanmasına yol aça biləcək faktorlardan biri sayılır. Nəhayət, prezident Volodimir Zelenskinin hücum ritorikası Ukrayna savaşının genişlənmə riskini artırır və bu, Rusiyanın cavab zərbələrini sərtləşdirə də bilər.

Göründüyü kimi, ABŞ və Qərbin ziddiyyətli mövqeyi Kremlin strateji üstünlüyünə imkan açan faktor təsiri bağışlayır. Ona görə də, ilk baxışdan, prezident Vladimir Putin zamanın Rusiyanın xeyrinə işlədiyini də düşünə bilər. Ancaq Qərbdə ziddiyyətlərin olması, rəsmi Kiyevin savaşı Rusiya ərazisinə keçirmək planları qurması Kremlin ümidlərini puça çıxara bilər. Çünki Kreml Rusiyanın diqtə etməyə çalışdığı şərtlər çərçivəsində Ukrayna savaşının ən qısa zamanda sona çatmasında maraqlıdır.

Ancaq indiki situasiya sülhün Kremlin ümid etdiyi qədər yaxın olmadığını göstərir. Əksinə, Ukrayna savaşı indi daha mürəkkəb, daha çox tərəfin maraqlarının toqquşduğu bir "geopolitik düyünə" çevrilir. Rusiyanın isə Ukrayna savaşının uzadılmasına tab gətirə biləcək qədər iqtisadi və hərbi potensialı qalmayıb. Və bu baxımdan, Rusiya hazırda "böyük hərbi labirint"in içərisində çıxış yolu tapa bilməyərək, dolaşmağa məhkum duruma düşmüş kimi görünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Avqust 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see258

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see191

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see133

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri