Zelenski Moskvaya dəvət edildi
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Vladimir Zelenski həqiqətən Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyirsə, Moskvaya gedə bilər.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin ABŞ-nin Mayami şəhərində keçiriləcək “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində Putinlə ikitərəfli görüş keçirmək istədiyini bildirməsinə münasibət bildirərkən deyib.
“Əgər o, həqiqətən Putinlə görüşmək istəyirsə, Putin daha əvvəl də deyib ki, Zelenski Moskvaya uça bilər”, – deyə Peskov bildirib.
Kreml daha əvvəl də Ukrayna Prezidentini Moskvada qəbul etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Qeyd edək ki, “Axios” avqust ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşünün keçirilməsini təklif etdiyini yazıb. ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Vladimir Putinlə Vladimir Zelenski arasında qarşılıqlı antipatiyanı hərbi münaqişənin həlli qarşısındakı əsas problem adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Sentyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















