Zelenski onları vəzifədən azad etdi
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinin rəhbəri Volodimir Artyuxu vəzifəsindən azad edib. SİA bu barədə UNIAN-a istinadən xəbər verir.
Məlumata görə, Volodimir Artyux şəhərdə iri həcmli raket hücumu nəticəsində baş verən faciədə məsuliyyətsizlikdə ittiham olunub.
Zelenskinin digər fərmanı ilə Luqansk vilayətinin rəhbəri Artem Lisoqor da vəzifəsindən azad olunub.
Qeyd edək ki, aprelin 13-də Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinə “İskəndər-M” raketi ilə zərbə endiriblər. Nəticədə 35 nəfər həlak olub, 15-i uşaq olmaqla 117 nəfər yaralanıb.
Hücum ərəfəsində Sumıda hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı tədbir keçirən Volodimir Artyux hücum təhlükəsinə məhəl qoymamaqda ittiham olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Aprel 2025 04:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















