Icma.az
close
up
RU
Zelenski Orban qarşıdurması Ukrayna və Macarısatn nəyi bölə bilmir?

Zelenski Orban qarşıdurması Ukrayna və Macarısatn nəyi bölə bilmir?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın Rusiyanın Bryansk vilayəti ərazisində “Drujba” kəmərini vurmasından sonra Macarıstanla Ukrayna arasında zatən gərgin olan münasibətlər daha da kəskin xarakter alıb. Belə ki, bu kəmərin vurulması nəticəsində Macarıstan bir müddət Rusiya neftindən məhrum olub. Buna cavab olaraq, rəsmi Budapeşt Ukraynadan “Drujba”ya zərbələri dayandırmağı tələb edib, əks halda, cavab addımları ilə təhdid edib.

Ukrayna XİN başçısı Andrey Sibiqa ötən gün kəskin tonda Macarıstan rəhbərliyini Prezident Volodimir Zelenskiyə göstəriş vermək haqqının olmadığını deyib: “Ukrayna Prezidentinə nə etməli, nə deməli və vaxt deməli olduğunu söyləməyə ehtiyac yoxdur. O, Macarıstanın deyil, Ukraynanın Prezidentidir”.

Macarıstanın Xarici İşlər naziri Peter Siyarto Ukraynanın “Drujba” neft kəmərinə hücumundan sonra ölkəsinin Ukraynaya elektrik enerjisinin verilişini kəsə biləcəyinə eyham vurub. Və bu, ilk dəfə deyil. Daha öncə də Macarıstan Ukraynanı “işığı kəsməklə” təhdid edib.


Siyarto şikayət edib ki, Ukraynada “çox açıq anti-Macarıstan siyasəti” aparılır. Nazir bildirib ki, Macarıstan Ukraynanın elektrik enerjisi idxalının 30-40%-ni təmin edir və Macarıstan hökuməti bu sektorda Ukrayna üçün “çətinliklər” yarada bilər: "Ukraynalılar bunu müxtəlif planlaşdırma masalarında "Drujba" boru kəmərini bombalayıb-bombalamamağa qərar verəndə yaxşı nəzərə alsınlar”.

Avqustun 18-də də o, artıq Macarıstanın Ukraynaya elektrik enerjisi nəqlini dayandıra biləcəyinə eyham vurmuşdu.

Qeyd etmək lazımdır ki, Ukraynaya elektrik enerjisi tədarükü macar treyderləri tərəfindən kommersiya şərtləri əsasında həyata keçirilir. Yəni, bu, Ukraynaya yardım deyil, enerjinin pulla ötürülməsidir.

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, Zelenskinin “Drujba” neft kəməri ilə bağlı sözləri “uzunmüddətli nəticələrə gətirib çıxaracaq”.

Ukrayna tərəfi isə əvəzində Macarıstana və Slovakiyaya Rusiya neftindən imtina etməyi və digər əlçatan mənbələrə müraciət etməyi təklif edir. 


Ukrayna XİN başçısı Sibiqa bunanla bağlı deyib: “Macarıstanın enerji təhlükəsizliyi öz əlinizdədir. Avropanın qalan hissəsi kimi diversifikasiya edin və Rusiyadan asılı olmayın".

Ancaq məsələnin kökü daha dərindədir. Ukraynanın “Drujba”nı vurması sadəcə, Rusiyanı zəiflətmək, onu neft gəlirlərinin bir hissəsindən məhrum etməklə bağlı deyil. Bunu Zelenski də etiraf edib. Məsələ ondadır ki, Macarıstan Avropa İttifaqının(Aİ) Ukraynaya milyardlıq yardımlarını əngəlləmək üçün əlindən gələni edir. Həmçinin, Orban başda olmaqla, Macarıstan rəhbərliyi açıq şəkildə Ukraynanın Aİ üzvlüyünün əleyhinə olduğunu və buna imkan verməyəcəyini bəyan edir.

Ukraynanın atdığı addım isə Budapeştin bu mövqeyinə cavabdır. Zelenskinin özü də Macarıstanı neftlə təmin edən “Drujba” neft kəmərinə zərbələrin Ukrayna-Macarıstan dialoqu ilə əlaqəsi haqqında versiyanı təsdiqləyib. Məlum olub ki, burada əsas məsələ Orbanın Ukraynanın Aİ-yə daxil olmasına hazırlıqla bağlı qərara veto qoymasıdır.

Beləliklə, Ukrayna bir tərəfdə Rusiya işğalı ilə mübarizə apararkən, digər tərəfdə də Macarıstan və Sliovakiya kimi Avropa “tərəfdaşları” ilə baş-başa gəlmək məcburiyyətindədir. Macarıstanın üzv olduğu Aİ rəhbərliyinin və Avropa liderlərinin Rusiya kimi, bu “cəbhədə” də qətiyyətsizlik göstərməsi isə Kiyevin vəziyyətini daha da çətinləşdirir…

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri