Icma.az
close
up
RU
Zelenski Orbanın vasitəçiliyini rədd edib: “Nə onu yaxın buraxacam, nə də...”

Zelenski Orbanın vasitəçiliyini rədd edib: “Nə onu yaxın buraxacam, nə də...”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bizə bu gün Macarıstan kimi, Macarıstanın Baş naziri Viktor Orban kimi vasitəçi olmaq istəyən ölkələrə və şəxslərə ehtiyac yoxdur”

“Ukrayna münaqişənin həlli üçün Macarıstanın vasitəçiliyinə ehtiyac duymur və müvafiq məsələlərdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla birbaşa əlaqə saxlamaq niyyətindədir”. AYNA Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri ölkə Prezidenti Volodimir Zelenski Lvovda ictimaiyyətlə görüşündə bildirib.

“Bizə bu gün Macarıstan kimi, Macarıstanın Baş naziri Viktor Orban kimi vasitəçi olmaq istəyən ölkələrə və şəxslərə ehtiyac yoxdur. Nə onu yaxın buraxacam, nə də onun kimilərini”, - deyə Zelenski vurğulayıb.

Prezident Orbanın diplomatik səyləri ilə bağlı suala "ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var" deyə cavab verib.

Ukrayna lideri əlavə edib ki, 2025-ci il yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra ABŞ ilə birbaşa təmaslar gözləyir: “Yalnız bundan sonra mən Kiyevin qələbə planında Prezident Trampın nəyi dəstəklədiyini və nəyi dəstəkləmədiyini deyə biləcəyəm. O bəlkə də özü nəsə təklif edəcək”.

Qeyd edək ki, dekabrın 9-da Orban Trampın dəvəti ilə ABŞ-a səfər edib və onunla Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb. Dekabrın 11-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Orban Rusiya ilə Ukrayna arasında böyük əsir mübadiləsi təklif edib və Milad atəşkəsi müraciəti ünvanlayıb. Öz növbəsində, Moskva Orbanın təşəbbüsünə dərhal cavab verib, iki ölkə liderləri arasında söhbətdən dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Macarıstan səfirliyinə əsirlərin mübadiləsi ilə bağlı təkliflər göndərib. Lakin Kiyev bu təklifləri rədd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Dekabr 2024 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri