Zelenski: Putin Türkiyəyə gəlsəydi, müharibəni bitirmək üçün real imkanlarımız olardı
Icma.az, Apa.az saytına istinadən bildirir.
Putin Türkiyəyə gəlsəydi, müharibəni bitirmək üçün real imkanlarımız olardı.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenksi Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində Tiranada keçirilən ilk plenar sessiyada etdiyi çıxışda bildirib.
“Bu müharibə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ən qısa müddətdə başa çatmalıdır, Ukraynanın sülhə ehtiyacı var. Bu həftə Putin Türkiyəyə gəlməkdən çəkinməsəydi, bizim bu müharibəyə son vermək üçün real imkanlarımız olacaqdı. Mən Putinlə İstanbulda və ya Ankarada birbaşa görüşə hazır idim, sadəcə görüşə deyil, bütün vacib məsələlərin həllinə. Lakin o, heç nəyə razı olmadı. Gördüyünüz kimi, Rusiya İstanbula çox aşağı səviyyəli nümayəndə heyəti göndərib", - Zelenski qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















