Zelenski: Rusiya danışıqlarda mövqeyini gücləndirmək üçün yeni hücumlara hazırlaşır
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya danışıqlarda öz mövqeyini gücləndirmək üçün yeni hücumlara hazırlaşır.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu bütün cəbhə xətti boyu öz mövqelərini müdafiə edir və ardıcıl olaraq ikinci gündür ki, Donetsk regionunda Dobropillia və Pokrovsk istiqamətində nailiyyətlər əldə olunur.
Zelenski növbəti günlərdə Rusiya ordusunun yeni hücumlara keçəcəyini ehtimal edib və bunu gələcək danışıqlarda Moskvanın mövqeyini gücləndirmək məqsədi daşıdığını bəyan edib.
Ukrayna lideri Rusiya ordusunun bunun üçün hərəkət etdiyini və hazırlıq gördüyünü qeyd edib.
Zelenski Ukrayna ordusunun Rusiyanın hərəkətlərinə lazım gələrsə asimmetrik formada cavab veriləcəyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















