Zelenski: Rusiya yenidən Ukraynadakı nüvə obyektinə zərbə endirib
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının (AES) ətrafındakı xüsusi əraziyə yenidən zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb.
"Şahed" PUA-sı vacib infrastruktur obyekti olan işlənmiş nüvə yanacağı üçün mərkəzləşdirilmiş saxlama kompleksinin binalarından birinə zərbə endirib. Son dərəcə kritik bir infrastruktur obyekti. Ukrayna Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi və bütün xidmətlərimiz artıq vəziyyəti tərəfdaşlarımıza bildirmək üçün çalışır. Rusiya bu nüvə infrastruktur obyektinə qəsdən zərbə endirib", - o qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, hazırda radiasiya səviyyəsi normal səviyyəni keçmir və xilasedicilər zərbədən sonra baş verən yanğını söndürməyə nail olublar.
"Dünən gecə Rusiya Silahlı Qüvvələri 13 vilayətimizdəki digər mülki hədəflərə də zərbələr endirib. Ümumilikdə, həftə ərzində Rusiya Ukraynaya qarşı 88 raket, 3 250-dən çox hücum dronu və təxminən 1 800 KAB (İdarə olunan aviasiya bombaları – red) atıb. Rusiyaya təzyiqi artırmalıyıq", - Zelenski fikirlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 07 İyun 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















