Icma.az
close
up
RU
Zelenski siyahı açıqladı, Azərbaycan da var dedi Moskvanın reaksiyası...

Zelenski siyahı açıqladı, Azərbaycan da var dedi Moskvanın reaksiyası...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycan qazı almağı planladığını açıqlayıb. O, ABŞ-la bu istiqamətdə razılaşmanın olduğunu, Yunanıstandan da qaz idxal edilə biləcəyini söyləyib. 

Ukraynaya indiki siyasi vəziyyətdə qaz idxalı etməyimiz nə dərəcədə mümkündür? Bu, hansı amillərə əsaslanaraq həyata keçirilə bilər? Moskva məsələni necə qarşılayacaq?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, qış mövsümü ilə əlaqədar bu il də bütün Avropanın, xüsusilə də Ukraynanın qaz və enerji tələbatı artır:

“Qaz həm elektrik, həm istilik enerjisi üçün, həm də birbaşa istehlak baxımından həyati əhəmiyyət daşıyır. Lakin bu tələbatı Rusiyanın ödəməsi artıq real görünmür. Çünki oradan gələn qaz kəmərlərinin əksəriyyəti bağlanıb. Əvvəlcə Ukrayna tranziti dayandırmaqla bu addımı atdı, daha sonra isə Rusiya Ukraynanı cəzalandırmaq məqsədilə qaz axınını məhdudlaşdırdı. Alternativ olaraq Ukraynaya Macarıstan, Slovakiya, Rumıniya və Polşa üzərindən qaz çatdırılması planlaşdırılır. Lakin bu ölkələrin özlərinin də enerji təminatında çətinliklər var. Xüsusilə Bolqarıstan, Macarıstan və Balkan ölkələri artıq Azərbaycandan qaz almaq istəklərini bildiriblər. Belə şəraitdə həmin dövlətlərin Ukraynaya əlavə qaz ötürməsi real görünmür”.

Turab Rzayev

İqtisadçı qeyd edib ki, Avropa hazırda sıxılmış təbii qaz (LNG) idxalı ilə öz ehtiyaclarını müəyyən qədər ödəyir:

“Ancaq bu, Rusiyadan alınan qazla müqayisədə dəfələrlə bahadır. ABŞ və Qətərdən gətirilən LNG həm bahalıdır, həm də onun daşınması və qəbul olunması üçün xüsusi terminallar tələb olunur. Ukrayna isə bu infrastruktura tam malik deyil. Yunanıstanın öz qazı yoxdur. Zelenskinin “Yunanıstan üzərindən qaz” ifadəsi əslində üçüncü tərəflər, yəni Rusiya, Qətər və ya ABŞ kimi ölkələrin qazının bu marşrutla ötürülməsini nəzərdə tutur. Lakin bu halda da qazın qiyməti yüksək olacaq”.

Ekspert bildirib ki, bu prosesdə Azərbaycan qazı daha əlverişli və nisbətən ucuz variant sayılır:

“Lakin Ukraynaya çatdırılması tranzit baxımından çətinlik yaradır. Əgər qaz sıxılmış halda gəmilərlə daşınsa, bu, həm baha başa gələcək, həm də Ukraynanın liman imkanları məhdud olduğundan logistika problemi yaranacaq. Digər ehtimal Rusiyadan keçən tranzitin bərpasıdır, lakin indiki siyasi vəziyyətdə bu, real görünmür. Ümumilikdə Ukraynanın qış aylarında qaz təminatı çətin olacaq, amma mövcud alternativlər arasında müəyyən həll yolları tapıla bilər. Azərbaycan qazı bu baxımdan istər Balkanlar, istərsə də Türkiyə-Yunanıstan marşrutu vasitəsilə, yaxud sıxılmış formada çatdırılma variantı ilə potensial mənbə kimi önə çıxır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri