Icma.az
close
up
RU
Zelenski təklənir: Avropa faktiki oyundankənar vəziyyətə düşüb

Zelenski təklənir: Avropa faktiki oyundankənar vəziyyətə düşüb

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mövcud şərtlərdə Ukrayna diplomatiyasının bütün mümkün manevrlərdən istifadə etməsi doğru gedişdir



ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş fevralın sonuna qədər baş tutacaq. Məlumata görə, görüş Səudiyyə Ərəbistanında baş tutacaq. ABŞ Prezidenti Donald Tramp “Fox” telekanalına müsahibəsində deyib ki, Ukrayna münaqişəsinin həlli üzrə ABŞ və Rusiya arasında aparılacaq danışıqlarda Volodimir Zelenski də iştirak edəcək. 

Tramp bildirib ki, Putin müharibəni tez bitirmək istəyir və onun Rusiya rəhbəri ilə görüşü tezliklə baş tuta bilər. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın iştirakı ilə aparılacaq danışıqlarda təmsil edəcək nümayəndələri olmayacaq: "Prezident Zelenski bildirib ki, Səudiyyə Ərəbistanında Ukraynanı təmsil edəcək heç bir sözçü yoxdur. Bu gün danışıqlar masasında müzakirə oluna biləcək heç nə yoxdur. Rusiya danışıqlara hazır deyil". Podolyakın sözlərinə görə, Rusiya üçün danışıqlar bu 3 səbəb üçün lazımdır: “Birincisi, ordunu təkmilləşdirmək üçün əməliyyat fasiləsi, ikincisi, ultimatum tələblərini artırmaq, üçüncüsü isə sanksiyalar mövzusunda spekulyasiya...”.


"Yaxın bir neçə gündə görəcəyik ki, Putin.." 

ABŞ Dövlət katibi Marko Rubio deyib ki, yaxın bir neçə gündə Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhə nə dərəcədə ciddi yanaşdığı müəyyənləşəcək: "Prezident Tramp ötən həftə Vladimir Putinlə danışıb və həmin söhbət zamanı Vladimir Putin sülhdə maraqlı olduğunu bildirib. Prezident Tramp bu münaqişəyə uzunmüddətli və Ukraynanın suverenliyini qoruyan şəkildə son qoymaq istəyini ifadə edib”. Rubio əlavə edib ki, ukraynalılar və avropalılar istənilən real danışıqlarda iştirak edəcəklər: “Müzakirələr nəhayət, o yerə gələcək ki, real danışıqlar olacaq. Bu baş verərsə, Ukrayna işğal edildiyi üçün iştirak edəcək, avropalılar da iştirak etməli olacaqlar, çünki onların Putinə və Rusiyaya qarşı sanksiyaları var. Sadəcə, biz o mərhələyə hələ çatmamışıq".

Qeyd edək ki, Amerika rəsmiləri Rusiya nümayəndə heyəti ilə danışıqlar üçün artıq bu gecə Səudiyyə Ərəbistanına yollanacaqlar.

Fidandan şok: Ukrayna üçün xoşagəlməz qərar...

Türkiyə xarici işlər naziri Hakan Fidan isə deyib ki, Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra xoşagəlməz qərarlar qəbul etməli olacaqlar. Fidan bildirib ki, Ankara Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasını istəyir: "Amma indi müharibə gedir və təəssüf ki, bu müharibə dövründə biz müəyyən seçimlər etməli, xoşagəlməz qərarlar qəbul etməliyik. Münaqişənin hər iki tərəfinin fərqli məqsəd və istəkləri var. Əsas sual ABŞ vasitəçiliyinin görüş təşkil etmək üçün kifayət edib-etməməsi və birbaşa danışıqlar prosesinə başlamaqdır”. Onun sözlərinə görə, Ukrayna nizamlanmasında avropalılarla məsləhətləşmək lazımdır.


Eyni gündə Ər-Riyad və Parisdə toplantı: Makronun hədəfi...

ABŞ və Rusiya öz aralarında danışıqlara başlayır, Avropa liderləri isə onlarsız hər şeyin razılaşdırılacağından ehtiyat edərək təcili toplantı keçirir. "Faynənşl Tayms" məlumat yayıb ki, Avropanın ən güclü liderləri Parisdə bir araya gələcək: "Trampın baş diplomatı Marko Rubio bu həftə Səudiyyə Ərəbistanında Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Rubio-Lavrov danışıqları yaxın həftələrdə Trampın Vladimir Putinlə görüşünə zəmin yaratmalıdır. Bu təmaslar avropalıların son nəticədə Avropanın təhlükəsizlik arxitekturasını dəyişə biləcək danışıqlar prosesində iştirak etməməsini vurğulayır". Qeyd olunur ki, Parisdə keçiriləcək fövqəladə toplantıda Avropa liderləri Ukraynada müharibəyə son qoyulmasında onların iştirakı ilə bağlı ideyaları müzakirə edəcək. Xatırladaq ki, Fransa lideri Makron Avropa liderlərini 17 fevrala Parisə təcili toplantıya dəvət edib.


Lavrov və Rubio arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Lavrov bildirib ki, Moskva həmişə tərəfdaşlarının təklifi əsasında danışıqlara gedəndə ilk növbədə onları dinləmək istəyir: "Prezidentlər Putin və Tramp telefonla danışarkən iki böyük dövlət arasında münasibətlərdə qeyri-normal dövrün mütləq geridə qalmağının vacibliyi barədə razılığa gəliblər. Prezidentlər razılaşıblar ki, bu və ya digər şəkildə Rusiya və ABŞ-nin iştirakı ilə həll edilə biləcək bütün məsələlər üzrə dialoqu bərpa etmək lazımdır. Burada Ukrayna nizamlanması,Yaxın Şərqdəki vəziyyət, dünyanın bir sıra digər regionları, hazırda çox da sakit olmayan vəziyyət qeyd olundu. Ona görə də, biz amerikalı həmsöhbətlərimizi dinləyəcəyik və təbii ki, biz cavab verməyə hazır olacağıq. Bundan sonra qərar qəbul edəcək liderlərimizə hesabat verəcəyik”. Lavrov Avropanın Ukrayna üzrə danışıqlar masasında potensial iştirakı ilə bağlı danışıb: “İndi həmin Münhen Konfransında, xüsusən də Finlandiya Prezidenti tərəfindən çağırışlar edilib. Bizim yaxın qonşumuz, bir zamanlar neytral dövlət olan, hər mənada yaxşı hər şeyin tərəfdarı, pis hər şeyin əleyhinə olan dövlət. Burada Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ilk növbədə atəşkəs əldə etmək və ondan Ukraynanı hərbi cəhətdən gücləndirmək üçün istifadə etmək lazımdır.

Yəni,avropalıların fəlsəfəsi heç yerə getməyib, ona görə də danışıqlar masası arxasında onların nə etməli olduqlarını bilmirəm. Əgər onlar münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları ora dəvət etmək nəyə lazımdır?". Rusiya XİN başçısı qeyd edib ki, həll prosesində Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz.


"Ukrayna parçalanır, Zelenski ölkədən qaçır..."

ABŞ və Rusiya liderləri Tramp və Putinin görüşünə hazırlıq getdiyi məqamda erməni politoloq Vaan Babayan qəribə iddia ilə çıxış edib. O bildirib ki, yaxın bir neçə ay ərzində Ukrayna ərazisinin təxminən 30 faizini “rəsmən” itirəcək: “Bu qədər qurban, məhv olunmuş iqtisadiyyat… Bütün ssenari belə yazılmışdı. Putin və Tramp Ukraynanı parçalayacaq. Bu, qaranlıq xarici qüvvələrin əlində oyuncağa çevrilən dövlətlərin başına gələn ən yaxşı nümunədir. Zelenski isə qaçacaq - əgər yanındakılar izn versə”. İsveçin Xarici İşlər Naziri Mariya Malmer Stenerqard bildirib ki, İsveç Ukraynaya sülhməramlıların göndərilməsini istisna etmir: "İlk növbədə, beynəlxalq hüququ hörmətlə yanaşan ədalətli və davamlı bir sülhə nail olmalıyıq belə bir sülh əldə etdikdə, onun qorunması lazım olacaq və bunun üçün hökumətimiz heç bir variantı istisna etmir". 


"Ukrayna nümayəndələrinin Səudiyyədə olduğuna dair məlumatlar var.."


Siyasi şərçhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Səudiyyə Ərəbistanında gözlənilən ABŞ-Rusiya danışıqları ətrafında müəmmalı vəziyyət yaranıb. Onun sözlərinə görə, Zelenski Kiyevin ABŞ-Rusiya görüşünə dəvət edilmədiyini bəyan edib, ardınca bildirib ki, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri planlaşdırılır:


 "Zelenski BƏƏ-yə rəsmi səfər edib, Ukrayna nümayəndələri isə səudiyyəli həmkarları ilə onun Ər-Riyad səfəri üzərində işləyirlər. Rəsmi məlumata görə, səfər çərçivəsində investisiya və ikitərəfli münasibətər prioritet olacaq. Hərçənd, əsas məqsədin Ukrayna ilə bağlı Vaşinqton-Moskva danışıqları olduğu aydındır. Burada iki məqam xüsusilə önəmlidir. ABŞ-Rusiya nümayəndələrinin görüşündə Kiyevin təmsilçiləri olacaqmı? Rəsmi Kiyev “Rusiya sülhə hazır deyil” bəyanatı ilə bu görüşə qatılmayacaqlarını bəyan edib. Lakin Ukrayna nümayəndələrinin artıq Səudiyyədə olduğuna dair məlumatlar var. Bu, Zelenskinin mümkün səfərinə hazırlıq məqsədi kimi görünsə də, onların ABŞ-Rusiya nümayəndələrinin danışıqlarında iştirak edəcəyi istisna edilməməlidir. Ukrayna mümkün danışıqlarda gündəliklə praktiki olaraq tanış olmaq və buna uyğun addım atmaq istəyir. Digər yandan Tramp-Putin mümkün zirvə görüşündən öncə Zelenskinin BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə üz tutması maraqlıdır".


"Kiyevi dəstəkləyən Avropa faktiki oyundankənar vəziyyətə düşüb"


Politoloq hesab edir ki, səfərin iqtisadi-siyasi əməkdaşlığa dair gündəliyi vitrin xarakteri daşıyır: 

"Kiyev üçün üç ölkə mövcud vəziyyətdə əhəmiyyətlidir. Kiyevi dəstəkləyən Avropa faktiki oyundankənar vəziyyətə düşüb. Münhendə bu, açıq şəkildə göründü. Zelenski hər üç ölkənin dəstəyini almaqla mümkün danışıqlarda Ukraynanın siyasi cəbhəsini genişləndirmək və əlini gücləndirmək istəyir. Danışıqlarda hər üç ölkənin Ukraynanın mövqeyindən çıxış etməsinə nail olmağa çalışır. Mümkündür ki, Zelenski Səudiyyədəki danışıqlara Türkiyə və BƏƏ-nin də iştirak etməsi şərti ilə qatıla biləcəyini irəli sürsün. Səfər trafikinin əsas hədəfi də bunu müzakirə etmək ola bilər. Buna nail olacaqları sual altında olsa da, mövcud şərtlərdə Ukrayna diplomatiyasının bütün mümkün manevrlərdən istifadə etməsi doğru gedişdir. Rəsmi Kiyevin zidiyyətli davranışları mümkün Ər-Riyad danışıqlarında mövqelərin möhkəmləndirilməsi ilə yanaşı, kənarda qalan Avropanın da və dəstəyini itirməməyə hesablanıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Fevral 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri