Icma.az
close
up
RU
Zelenski Trampın talan sazişi ni imzalasa, dövlət yox olacaq: Ukrayna ABŞ ın müstəmləkəsinə çevriləcək

Zelenski Trampın talan sazişi ni imzalasa, dövlət yox olacaq: Ukrayna ABŞ ın müstəmləkəsinə çevriləcək

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna hazırda ABŞ tərəfindən real və tarixi işğal təhlükəsi qarşısında buraxılıb, indi elə prezident Volodimir Zelenskinin də tarixi missiya ilə üzbəüz olduğu qətiyyən şübhə doğurmur... Belə ki, Ukrayna lideri ya Ağ Evdən göndərilən "talan sazişi"ni imzalayaraq, ölkəsini tam şəkildə ABŞ-a təhvil verəcək, ya da buna müqavimət göstərmək qərarı ilə dövlətinə mövcud olmaq üçün şans qazandlracaq...

Dünya böyük dəyişikliklərə doğru yönəldilmiş kimi görünür. Üstəlik, bu qlobal dəyişikliklərin sarsıntılara müşayiət olunacağı indi qətiyyən şübhə doğurmur. ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra mövcud dünya düzəni ağır zərbələrə məruz qoyulmağa başlayıb. Üstəlik, bu zərbələr əvvəlcədən planlaşdırılmış sensasion ssenarilər üzrə vurulduğu da inkaredilməz reallıqdır. Və ssenari müəllifləri müasir dünyanı yeni "siyasi-iqtisadi depressiya dövrü"nə doğru götürməyə cəhd göstərirlər.

Onu da qeyd etmək lazımdır ki, "yaşıl planet"də son vaxtlara qədər hegemon olan qlobal dəyərlər artıq formal xarakter daşıyır. Tramp adminstrasiyasına yeni dünya düzəninin təməlini atmaq üçün xüsusi səlahiyyətlər verilmiş kimi görünür. Hər halda, Ağ Evin indiki sahibi Donald Tramp və onun hakimiyyət komandası dünyada ABŞ üçün yararlı ola biləcək hər şeyi ələ keçirmək niyyətini qətiyyən gizlətmir. Və bunun olduqca açıq örnəkləri mövcuddur.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının ilk "qurbanı" böyük ehtimalla məhz Ukrayna ola bilər. Bu baxımdan, Ukraynanın bir dövlət olaraq, gələcək taleyi böyük təhlükə qarşısında qalıb. Ağ Ev Ukraynaya münasibətdə açıq-aşkar qəddarlıq nümunəsi nümayiş etdirir. ABŞ-ın Ukraynaya təklif etdiyi sazişin son versiyasının bəzi detalları məlum olduqdan sonra bu, artıq qətiyyən şübhə doğurmur. Və hətta həmin sənədi Ukraynanın "maliyyə-iqtisadi alətlər"lə işğal planı da hesab etmək mümkündür.

Maraqlıdır ki, Ağ Evdən Kiyevə göndərilən sənədlə ABŞ əslində, Ukraynanın resursları və infrastrukturu üzərində tam sahibkarlıq hüququ tələb edir. Eyni zamanda, ABŞ-a minimum 100 milyard dollar ödənilənə qədər Ukraynanın bütün dövlət gəlirlərinin Vaşinqtona verilməsi istənilir. Ukrayna isə ABŞ-a "borc"unu qaytardıqdan sonra gəlirlərin yalnız 50 faizini ala biləcək. Və bu, müəyyən mənada, ABŞ-ın Ukrayna üzərində yeni müstəmləkəçilik modeli yaratmağa cəhd göstərdiyini iddia etməyə əsas verir.

Məsələ ondadır ki, Ukraynanın dövlət resurslarına və infrastrukturuna nəzarət etmək üçün xüsusi Fondun yaradılması nəzərdə tutulur. Ukraynanın təbii resurslarına və infrastrukturuna nəzarət edəcək həmin Fond ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçməlidir. Sazişin son versiyasına görə, ABŞ Ukraynanın resurslarının üçüncü ölkələrə satışına veto qoymaq və bu ölkənin dövlət qurumlarının hesablarını yoxlamaq imkanına malik olmaq da istəyir. Və bu, o deməkdir ki, Ağ Ev cəmisi bir sazişlə Ukraynanı ABŞ-ın həm müstəmləkəsinə, həm də dolayısı ilə ştatına çevirməyə can atır.

Bütün bunlardan Ukraynanın gələcək taleyinə yönəlik ilkin nəticələr çıxarmaq o qədər də çətin deyil. Belə ki, vaxtilə ABŞ və Avropa Birliyi Ukraynaya hərbi dəstək verərkən, bunu Rusiya ilə müharibədə gücləndirmək üçün etdiyini vurğulayırdı. Hətta bu dəstəyin Avropa Birliyi məkanının Rusiyadan qorunması məqsədi daşıdığı üçün geriyə ödənməsi də nəzərdə tutulmurdu. Və indi belə anlaşılır ki, bütün bu cəlbedici açıqlamalar əslində, Ukrayna üçün gələcək "tələ" xarakteri daşıyırmış.

Hər halda, görünən odur ki, böyük bir hissəsi ABŞ-ın sərhədlərindən kənara belə çıxarılmamış Ukraynaya dəstək maliyyəsi son dollara qədər "borc dəftəri"nə yazılıbmış. İndi Ağ Ev ünvana çatmamış maliyyə vəsaitini belə, Ukraynadan geri istəyir. Rəsmi Kiyevin buna imkanı olmadığını tam dəqiqliyi ilə bilən Tramp adminstrasiyası Ukraynanın təbii resurslarını tələb edir. Yəni, Ağ Ev rəsmi Kiyevdən Ukraynanın ABŞ tərəfindən talanmasına yönəlik bütün hüquqların verilməsində israrlıdır. Və bu, müasir dünya tarixində bütün dövlətlərə neqativ örnək ola biləcək reallıqdır.

İndi dünya ölkələri ABŞ-dan dəstək almağın nə qədər təhlükəli olduğunu Ukraynanın timsalında görmüş oldular. Çünki belə dəstək onu ölkənin müharibəsiz işğalına münbit şərait yaradır. Belə ki, əgər, prezident Volodimir Zelenski Tramp adminstrasiyasının göndərdiyi "talan sazişi"ni imzalayarsa, bu, Ukraynanın dövlət olaraq, dünya xəritəsindən silinməsi demək olacaq. Və həmin andan sonra Ukraynanın dövlət olduğuna yalnız sadəlövhlər inana bilər.

Sazişin imzalanmasından dərhal sonra rəsmi Kiyev Ukraynanın dövlət resursları və infrastrukturuna nəzarəti tamamilə itirəcək. Çünki bu nəzarət məhz ABŞ-ın əlinə keçmiş olacaq. Nəticədə Ukrayna Ağ Evdən idarə olunacaq, müstəqillik və suverenlik sadəcə, müəyyən müddət formal xarakter daşıyacaq. Amerikalılar Ukraynanın təbii sərvətlərini talan edərək, ABŞ-a daşıyacaqlar. Daşınacaq bir şey qalmadıqdan, Ukrayna ABŞ üçün faydasız olduqdan sonra isə taleyin ümidinə buraxılacaq. Və yaxud da ən yaxşı halda, hərbi müstəmləkə kimi istifadə olunacaq.

Belə anlaşılır ki, Ukrayna hazırda real və tarixi işğal təhlükəsi qarşısında qalıb. İndi prezident Volodimir Zelenskinin də tarixi missiya ilə üzbəüz olduğu qətiyyən şübhə doğurmur. Belə ki, prezident Volodimir Zelenski ya Ağ Evdən göndərilən "talan sazişi"ni imzalayaraq, Ukraynanı tam şəkildə ABŞ-a təhvil verəcək. Ya da buna müqavimət göstərmək qərarı ilə Ukraynanın mövcud olması üçün şans qazanacaq. Və hansı qərarı qəbul etməsindən asılı olmayaraq, prezident Volodimir Zelenski neqativ, yaxud pozitiv anlamda Ukrayna tarixinə düşməyə məhkumdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri