Icma.az
close
up
RU
Zelenski Trampın tələblərinə BOYUN ƏYDİ Ukraynanı daha böyük fəlakətlər GÖZLƏYİR...

Zelenski Trampın tələblərinə BOYUN ƏYDİ Ukraynanı daha böyük fəlakətlər GÖZLƏYİR...

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağ Evdə baş verən qalmaqaldan sonra Ukrayna Prezidenti Volodimir Zelenski geri addım atıb. Görünən qədərilə, Zelenski ABŞ Prezidenti Donald Trampın şərtlərinə boyun əyməli oldu. Belə ki, Zelenski Ukraynanın ABŞ-la nadir torpaq ehtiyatlarının işlənməsi haqda sazişi imzalamağa hazır olduğunu bildirib:
"Ukrayna sülhə can atır. Bizdən heç kəs sonsuz müharibə istəmir. Müharibənin sona çatması prosesində ilk mərhələlər əsirlərin azad edilməsi, dənizdə və səmada atəşkəs ola bilər, bu da raketlərin, uzaqmənzilli dronların istifadəsinin, enerji və mülki infrastruktura zərbələrin qadağan edilməsini nəzərdə tutur".
Tramp də fevralın 4-də konqresdəki çıxışı zamanı qeyd edib ki, Ukrayna istənilən vaxt nadir torpaq metalları üzrə saziş imzalamağa hazırdır.
Belədə isə, Ukrayna faktiki olaraq təhlükəsizlik zəmanətlərindən də imtina edir.
Deməli, qarşıdakı dövrdə Kiyevi daha böyük fəlakətlər gözləyir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, ABŞ Trampın rəhbərliyi altında Ukraynaya təzyiqləri ən kəskin bir vəziyyətə çatdırıb:
“Hələ seçkiqabağı prosesdə Trampın hakimiyyətə gələcəyi təqdirdə, Ukrayna ilə bağlı ölkənin xarici siyasətində kəskin müzakirələrə səbəb olacaq dərin konfrantasiyaya söykənən siyasət həyata keçirəcəyi bəlli idi. ABŞ-ın yeni rəhbərliyi həm Bayden hakimiyyəti dövründə Ukraynaya verilən milyardlarla dolları yenidən ölkə büdcəsinə qaytarmaq, həm də bütün bunların fonunda Ukraynanın müharibədən sonrakı quruculuğuna töhfə vermək üçün bu ölkənin təbii sərvətlərini istismar etmək istəyir”.
Ekspertə görə, təhlükəsizlik zəmanəti faktiki olaraq boş tələbdir:
“Çünki Tramp heç zaman Rusiya ilə açıq qarşıdurmaya getməyəcək. Hətta Ukraynada NATO qoşunlarının hansısa nümayəndəlik formasında mövcudluğuna şərait yaratmayacaq. Belədə, Ukraynanın taleyi çox qaranlıqdır. Çünki bundan sonra Amerika investorları Ukraynanın təbii sərvətlərini istismar edəcək. Ukrayna torpaqları faktiki olaraq yenə də işğal altında qalacaq”.
Politoloq düşünür ki, bütün bunların fonunda da Kiyevə Ukraynanın ərazi bütövlüyünün təmin edilmədiyi bir müqavilə imzalatdıracaqlar:
“Bütün bunlar isə Ukrayna üçün təhlükəli ssenarilərdir. Belə vəziyyətdə, ölkədən qaçqın düşmüş vətəndaşların geri qayıtmasının özü böyük sual işarəsi olaraq qalmaqda davam edəcək. Həmçinin, Ukrayna faktiki olaraq, növbəti bir plasdarma çevriləcək”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri