Zelenski Trampla işləməyə və Rusiya ilə sülh imzalamağa hazırdır WSJ
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev Tramp komandası ilə işləməyə və Rusiya ilə sülh imzalamağa hazırdır.
Ölkə.Az "Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə ilk danışıqları aparıb.
“Ancaq bu, dayanıqlı bir sülh olmalıdır. Qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət etmir”, - nəşrin həmsöhbəti qeyd edib.
Bununla belə müsahib münaqişənin hansı həlli ssenarisi əsasında mümkün olacağını da açıqlamayıb.
Bundan öncə "Reuters"in verdiyi xəbərə görə, Trampın müşavirləri Ukraynadakı müharibəni bitirmək üçün ən azı üç variant təklif edirlər. Birincisi, Ukrayna ordusu ABŞ-ın köməyindən və təzyiq imkanlarından istifadə edərək Ukrayna və Rusiyanı danışıqları bərpa etməyə məcbur etməkdir.
İkincisi, Rusiya və Ukrayna arasında cəbhə xətti boyunca hərbsizləşdirilmiş zona yaradılmasını, habelə onun neytral statusunun qorunub saxlanmasını təmin etmək.
Üçüncüsü, isə Kiyev NATO-ya üzv edilməmək şərti ilə müəyyən “muxtar zonaların” yaradılmasıdır.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















