Zelenski: Ukrayna 3 000 km dən uzaqdakı hədəfləri vurmaq imkanına malikdir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna 3 min kilometrdən uzaq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir və bu potensial daha da artırılır.
"Unian" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski uzaqmənzilli zərbələrə həsr olunmuş müşavirədən sonra bildirib.
Onun sözlərinə görə, Ukraynanın uzaqmənzilli əməliyyat planı müəyyən edilmiş prioritetlər üzrə həyata keçirilir. Zelenski qeyd edib ki, Rusiyanın uzun müddət üstünlüyü hesab olunan dərin arxa cəbhəsi artıq onun hərbi-siyasi rəhbərliyi üçün problemə çevrilib.
Prezident vurğulayıb ki, Ukrayna pilotsuz uçuş aparatları ilə Ural, Sibir və Rusiyanın digər ucqar bölgələrindəki hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirib.
O əlavə edib ki, cari ilin əvvəlindən bəri 1000-dən çox uzaqmənzilli zərbə endirilib, nəticədə neft obyektləri, hərbi istehsal müəssisələri və Rusiyanın mühüm logistika infrastrukturu hədəfə alınıb.
Baxış sayı:180
Bu xəbər 27 İyul 2026 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















