Zelenski: Ukrayna “Flamingo” raketlərinin kütləvi istehsalına hazırlaşır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynada raket istehsalı “pis getmir”.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.
“Biz "Flamingo" tipli yeni raketlər tətbiq edirik. Sayını deməyəcəyəm, lakin ilin sonunadək bu istiqamətdə kütləvi istehsalın başlanmasını gözləyirik. Bizim ‘"Neptun" raketlərimiz də var. Onlar artıq kütləvi istehsaldadır. Adi variantı da, uzaqmənzilli versiyası da var və hər ikisi özünü yaxşı göstərir”, - Zelenski deyib.
Onun sözlərinə görə, son bir-iki ayın nəticələri göstərir ki, Ukraynanın raket zərbələri Rusiyanın enerji sektoruna ciddi zərbə vurub. 
"Bu sektor isə müharibəni maliyyələşdirən əsas gəlir mənbəyidir", - dövlət başçısı vurğulayıb. 
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 03 Noyabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















