Rusiyaya məxsus aktivlərin gəlirini Ukraynaya verəcəklər
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Avropa İttifaqı Ukraynaya verilən krediti maliyyələşdirmək üçün Rusiya aktivlərindən əldə edilən nağd pul qalıqlarından istifadə etmək hüququnu özündə saxlayır.
Reyting.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirib.
"Biz krediti maliyyələşdirmək üçün Avropa Birliyində immobilizasiya edilmiş Rusiya aktivlərindən əldə edilən nağd pul qalıqlarından istifadə etmək hüququnu özündə saxlayırıq. Bu, birlikdə tapdığımız həll yoludur", - deyə komissiya prezidenti vurğulayıb.
Onun sözlərinə görə, 2027-ci ildən sonra Ukrayna üçün maliyyələşdirmə Avropa Birliyinin növbəti uzunmüddətli büdcə müzakirələrinin bir hissəsi olacaq.
Xəbər verildiyi kimi, 19 dekabrda Avropa İttifaqı Ukraynaya 90 milyard avro yardım etmək qərarına gəlib. Bu, faizsiz kredit olacaq.
Ukraynadan yalnız Rusiya təzminat ödədikdən sonra krediti qaytarmaq tələb olunacaq.
Avropa Şurasının mətbuat açıqlamasına görə, Macarıstan, Çexiya və Slovakiya Ukrayna üçün kreditin maliyyələşdirilməsində iştirakdan imtina ediblər.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















