Zelenski Ukrayna ordusunun digər dövlətlərə göndərilməsinin mümkünlüyü haqqında qanunu imzaladı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Volodimir Zelenski hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrini digər dövlətlərə göndərmək hüququ haqqında qanunu imzalayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ali Radanın saytında bildirilib.
Qanun Ukrayna parlamenti tərəfindən fevralın 25-də qəbul edilib. Sənədə əsasən, hərbi vəziyyət dövründə USQ bölmələri digər dövlətlərə göndərilə və belə dövlətlərin ərazisində milli təhlükəsizlik və müdafiənin təmin edilməsi, Ukraynaya qarşı silahlı təcavüzün dəf edilməsi və qarşısının alınması, onun suverenliyi və ərazi bütövlüyünün qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə yerləşdirilə bilər.
Hərbi vəziyyət zamanı USQ bölmələrinin digər dövlətlərə göndərilməsi barədə qərarı prezident qəbul edir və eyni zamanda, onun təsdiqlənməsi üçün Radaya qanun layihəsi təqdim edir. Qanun layihəsi ilə birlikdə dövlət başçısı vəzifələr, bölmələrin ümumi sayı, silah və hərbi texnikanın növləri və tərkibi, tabeçilik, qalma müddətləri barədə məlumat təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















