Zelenski Ukraynanın öz silahlarının satışına başlayacağını açıqlayıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ukraynada silah istehsalı üçün maliyyə çatışmazlığı cəbhədə lazım olandan daha çox miqdarda olan Ukrayna silahlarının müəyyən növlərinin ixracı hesabına ödəniləcək.”
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Ordumuzun ilin sonuna qədər ehtiyac duyduğu aydın həcmlər var. O cümlədən gələn il üçün ehtiyacımız olan və kifayət qədər gücümüzü qorumaq və saxlamaq üçün ehtiyatımızda nə olmalıdırsa hamısı var. Bu ildən başlayaraq, silah istehsalının maliyyələşdirilməsində kəsirimiz qismən silahlarımızın müəyyən növlərinin idarə olunan ixracı hesabına ödəniləcək.", - Zelenski qeyd edib.
Zelenski satışı nəzərdə tutulan silahlara dəniz dronlarını, həmçinin tank əleyhinə silahları və bəzi digər növləri misal çəkib.
Baxış sayı:93
Bu xəbər 19 Sentyabr 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















