Icma.az
close
up
RU
“Zelenski vaxt itirmədən xalqa müraciət etməlidir” “Ukrayna qısa müddətdə nüvə dövləti ola bilər”

“Zelenski vaxt itirmədən xalqa müraciət etməlidir” “Ukrayna qısa müddətdə nüvə dövləti ola bilər”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ukrayna Prezidenti Volodimir Zelenski təcili şəkildə vaxt itirmədən Ali Radaya getməli və xalqa müraciət etməlidir. Belə ki, 1994-cü il dekabrın 5-də Ukrayna və “böyük” dövlətlər arasında bağlanmış “Budapeşt memorandumu”nda qeyd olunmuşdu ki, Ukrayna sahib olduğu 1272 nüvə başlığını və 100-ə yaxın qitələrarası ballistik raketi təhvil verir, əvəzində isə “təhlükəsizik qarantiyası” alır. Ancaq sonra baş verənlər hər kəsə məlumdur...”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı öz “Facebook” hesabından etdiyi paylaşımda bildirib.

Onun paylaşımını təqdim edirik:

Bu xüsusda Fransanın mərhum prezidenti Fransua Mitteranın sözləri yadıma düşür. Belə ki, memorandum imzalanandan sonra Mitteran Leonid Kuçmaya yaxınlaşaraq:“Cavan oğlan, sizə elə gəlmirmi az öncə sizi aldatdılar?”

Bu memorandumu Ali Rada denonsasiya etməli, yəni müqavilənin dayandırılmasının qanuni üsulundan istifadə etməlidir. Buna Beynəlxalq hüquqda pozmaq da deyilir. Çünki memorandumda əks olunanlar doğrulmadı, tərəflər (Rusiya, ABŞ və Böyük Britaniya) öhdəliklərini yerinə yetirmədi və Ukraynanın nüvə potensialını məhv etdilər. Faciəlisi də odur ki, tərəflərdən biri - Putin Rusiyası Ukraynanı işğal etmək niyyətinə düşdü. Sovetlər Birliyi dağılanda Ukrayna nüvə başlıqlarının sayına görə dünyada Rusiya və ABŞ-dən sonra üçüncü yerdə idi. 

Niyə memorandum denonsasiya edilməlidir? Ona görə ki, memorandum qanuni qüvvəsini rəsmən itirəndən sonra Ukraynanın nüvə potensialını yaratmasına imkan verir. Buna heç kim əngəl ola bilməz, hətta Tramp hakimiyyəti də! Bu halda isə Tramp hakimiyyətini Ukrayna fakt qarşısında qoyur. Yəni ya mənə təhlükəsizlik qarantiyası verirsiniz, ya da öz imkanlarımdan istifadə edərək, nüvə dövləti yolunda əməli addımlar atıram. Ukraynanın buna həm insani həm də texnoloji imkanları var. Çünki Ukraynada bunun üçün əlverişli zəmin var. Görək bu halda Tramp hakimiyyəti nə edəcək?

ABŞ Ukraynaya xoşluqdan deyil, memoranduma əsasən kömək edirdi. Həmçinin Böyük Britaniya da... Düzünə qalsa, Ukrayinanın heçbir dövlətə 1 dollar belə borcu yoxdur.Trampın 350 milyard dollar sayaqlamasına elə də önəm verməyin. Və bu dünyada təsadüf deyilən bir şey yoxdur. Ukrayna qısa müddətdə nüvə dövləti ola bilər. Bunun üçün yuxarıdakı göstərilən prosedurlar icra edilməlidir.

Onsuz da gücün hakim olduğu əcaib dünyada yaşayırıq.Ukrayna isə qeyri-qanuni nəsə etmir, beynəlxalq hüquqa söykənərək, pozulmuş hüququnu özünə qaytarmış olur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri