Zelenski və Əliyev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlıq davam edəcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
APA xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















