Icma.az
close
up
RU
Zelenski yox dedi, Ağ Ev geri çəkildi Rusiyanın qələbə planı

Zelenski yox dedi, Ağ Ev geri çəkildi Rusiyanın qələbə planı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Londonda Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüşün son anda təxirə salınması müzakirələrə səbəb oldu.

İştirakçılar arasında müzakirələrin XİN başçıları deyil, ekspertlər səviyyəsində baş tutacağı elan edildi. Məlumata görə, toplantının təxirə salınmasına səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsidir. Belə ki, Vaşinqton Moskvanı atəşkəsə razı salmaq üçün ona iki təklif irəli sürüb. Bunlardan biri Krımın ilhaqının rəsmən tanınması, digəri isə Ukraynanın NATO-ya üzvlük istəyindən geri çəkilməsidir. Lakin rəsmi Kiyev xüsusilə Krım şərti ilə razılaşmayıb və nəticədə ABŞ Dövlət katibi Mark Rubio Londona səfərini ləğv edib.

Bu məsələ Ukraynada atəşkəsin əldə olunması ilə bağlı başladılan prosesə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, son zamanlarda qlobal sistemdə hökm sürən anarxik əlamətlər fonunda dərinləşən qeyri-müəyyənlik, ABŞ başda olmaqla bir çox dövlətlərin xarici siyasi hədəflərində müəyyən korrektələr edilməsinə səbəb olub:

“Xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ tərəfindən irəli sürülən təkliflər buna bariz nümunədir. Belə ki, Vaşinqtonun müharibənin dondurulması üçün təklif edildiyi iddia olunan modeldəki şərtlərə nəzər yetirdikdə ABŞ-ın strateji maraqlarında müəyyən dəyişikliklərə rast gəlinir. Əgər bu şərtlər reallığı əks etdirirsə, deməli Ukraynanın NATO-ya üzvlük məsələsinin tamamilə gündəmdən çıxarılması, Rusiyanın işğal etdiyi ərazilər üzərində nəzarəti saxlaması və ona qarşı tətbiq edilən sanksiyaların yumşaldılması Tramp administrasiyasının ilkin mərhələdə atəşkəs əldə edilməsi üçün müəyyənləşdirdiyi əsas istiqamətlərdir. Bu da öz növbəsində regional və qlobal miqyasda təhlükəsizlik risklərini artıracaq presedent ola bilər. Çünki münaqişənin həllini hədəfləməyən bu modelin tarixdə kifayət qədər uğursuz analoji nümunələri var. Həmçinin bu şərtlər əsasında atəşkəsin əldə olunması Rusiyanın həm hərbi, həm də diplomatik qələbəsi sayıla bilər”.


Aytən Qurbanova

Politoloq bildirib ki, Ukraynanın məsələ ilə bağlı mövqeyi aydın və konkret olaraq ifadə edilib:

“Belə ki, ərazi bütövlüyü və suverenlik məsələsi müzakirəyə açıq mövzu ola bilməz. Ona görə də, münaqişənin uzunmüddətli davamından “narahat” olan Avropa, təşəbbüsü ələ alaraq danışıqlar prosesinə nəzarət etməyə çalışır. Nəticə etibarilə, 23 aprel tarixində keçirilməsi planlaşdırılan London görüşündən gözləntilər daha çox idi”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri