Icma.az
close
up
RU
Ağ Ev xəbərdarlıq etdi, Moskvanın dostu geri çəkildi Böhran anonsu

Ağ Ev xəbərdarlıq etdi, Moskvanın dostu geri çəkildi Böhran anonsu

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın dövlət neft emalı zavodlarının Rusiya neftinin alışını dayandırdığı barədə məlumatlar yayılıb. Maraqlıdır ki, Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir.

ABŞ-ın Moskvaya birbaşa xəbərdarlığı, bu ölkə ilə ticarət əlaqələr olan dövlət və şirkətlərə qarşı sanksiya tədbirləri görüləcəyinə dair bəyanatından sonra Dehlinin addımı diqqət çəkir.

Hindistanın bu qərarı Rusiyaya necə təsir edəcək? Bu ölkə neft ehtiyaclarını başqa hansı yollarla qarşılaya bilər?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, ABŞ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün bütün imkanlarından istifadə edir:

“Bu istiqamətdə atılan əsas addım Rusiyanın iqtisadi cəhətdən daha da sıxışdırılmasıdır. Məqsəd odur ki, Rusiya nə silah istehsal edə bilsin, nə də məhsullarını sataraq gəlir əldə etsin. Vaşinqton bu xətt üzrə hərəkət edir. Prezident Donald Tramp Rusiya lideri Vladimir Putinə 50 gün vaxt vermişdi. Bu müddət ərzində Rusiya ordusu Ukraynanın bir sıra ərazilərinə intensiv bombardmanlar həyata keçirdi. Lakin sonradan verilən müddət 10 günə endirildi. Bu dövr ərzində Moskvaya qarşı genişmiqyaslı sanksiyalar paketi hazırlanıb. Sanksiyaların əsasını Rusiyanın yeraltı təbii sərvətləri, xüsusən də neft və qazının satışına məhdudiyyətlər təşkil edir”.

Politoloq qeyd edib ki, Rusiyanın ən böyük neft alıcısı Hindistan deyil, Çindir:

Həmçinin oxuyun:

Prezident “Rossiya Seqodnya”ya müsahibə verdi – TAM MƏTN / FOTOLAR

“Rusiyanın nefti ucuz satmasının əsas səbəbi də budur. Hindistana qarşı rus neftinin alınması ilə bağlı sanksiyaların tətbiqi bu ölkənin daxili bazarında ciddi problemlər yaradacaq. Rusiya dünya bazarına dəyərindən daha ucuz neft və qaz təqdim edir və bu gəlirlər hesabına artıq üç ildir ki, müharibəni davam etdirə bilir. Hindistan bazarında fəaliyyət göstərən şirkətlərin də bu sanksiyalardan ciddi şəkildə təsirlənəcəyi gözlənilir.


Ramiyə Məmmədova

Nəticədə inflyasiya qaçınılmaz olacaq, çünki alıcılar ucuz mal yox, daha bahalı məhsula yönəlmək məcburiyyətində qalacaqlar. Hindistan da öz prioritetlərini bəyan edərək bildirib ki, əgər başqa ölkələr neft təklif edərsə, Rusiya neftindən imtina edə bilər. Hazırda bu məsələ gündəmdə qalır”.

Ramiyə Məmmədovanın fikrincə, proses Rusiya-Hindistan münasibətlərinə də təsirsiz ötüşməyəcək:

“Kreml anlayır ki, Dehli Ağ Evin təsirindən tamamilə kənara çıxa bilməyəcək. Hindistan alternativ mənbələrdən ucuz neft əldə etməyə çalışacaq. Hətta bəzi hallarda başqa ölkələrin neftini alaraq onun mənşəyini dəyişdirib müxtəlif xarici şirkətlərə satmaqla gəlir əldə etməsin də mümkündür. Bu cür sxemlərlə Rusiya nefti yenə də satışa çıxarılacaq. Hazırda dünyada ən ucuz və keyfiyyətli neft Rusiyaya məxsusdur. Bu neft bəzən Ermənistan, Türkiyə, Qazaxıstan və ya digər ölkələrin adı altında satışa çıxarılır. Hindistan da bu üsula əl ata bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri