Müharibənin sonu yaxınlaşır? Zelenskidən danışıqlar AÇIQLAMASI
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
“Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın əvvəlində keçirilə bilər”.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfi Stiv Uitkoffun Rusiya nümayəndələri ilə görüşündən sonra Moskvanın nümayəndə heyətləri səviyyəsində danışıqları dəstəklədiyini bildirib.
Zelenski qeyd edib ki, ABŞ görüşün mümkün qədər tez təşkil olunmasını təklif edir, Ukrayna da buna hazırdır:
“Əsas məqsəd müharibənin başa çatmasını yaxınlaşdırmaq və üç ölkə liderinin görüşünə zəmin hazırlamaqdır”.
Ukrayna lideri atəşkəsin əldə olunmasını, əsirlərin geri qaytarılmasını və digər humanitar təşəbbüsləri dəstəklədiklərini vurğulayıb. Bununla yanaşı, o, Rusiyanın daha əvvəl də dəfələrlə danışıqlara razılıq verdiyini, lakin sonradan mövqeyini dəyişdiyini xatırladıb./Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Oktyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















