Zelenskidən Maşa və Ayı qadağası
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarı təsdiqləyib.
Modern.az xəbər verir ki, sanksiyalar serialı hazırlayan Rusiyanın “Animakkord” studiyasına və beş Rusiya vətəndaşına qarşı tətbiq edilib. Onların arasında studiyanın təsisçisi və baş direktoru, həmçinin serialın ssenari müəllifi, həmmüəllifi və prodüseri, eləcə də cizgi filminin hüquq sahibi yer alır.
Ukrayna MTMŞ-dən bildirilib ki, “Maşa və Ayı” uşaqlar üçün nəzərdə tutulan məzmun adı altında Rusiyanın maraqlarına uyğun narrativlər yayır. Qurumun qənaətinə görə, bu məzmun Ukraynanın milli təhlükəsizliyi üçün təhdid yaradır.
Qeyd edək ki, “Maşa və Ayı" cizgi serialı ilə bağlı narazılıqlar yalnız Ukrayna ilə məhdudlaşmır.
İyul ayında Böyük Britaniyada bir qrup siyasətçi ölkənin mədəniyyət nazirinə açıq məktub göndərərək serialın striminq platformalarından silinməsini tələb edib.
Britaniyalı siyasətçilər serialın Rusiya təbliğatını yaydığını iddia edib və bunun “elə də incə olmayan” təbliğat üsulu olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 Avqust 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















