Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Zelenskini müharibəyə sürükləyənlər ortada yoxdur RƏY

Zelenskini müharibəyə sürükləyənlər ortada yoxdur RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Təəssüf  ki, Ukraynanın bir dövlət olaraq xəritədən silinməsi təhlükəsi mövcuddur


ABŞ və Rusiyanın Ər-Riyad danışıqları 1938-ci ilin Münhen danışıqlarını və 1945-ci ilin Yalta konfransını xatırladır. Hər iki tarixi hadisə bölücülüyə, ərazi ilhaqına, dünyanın yenidən bölüşdürülməsinə, imperialist güclərin iştahının təmin olunmasına xidmət edib. Bu gün də oxşar proses təkrarlanır. Görünən odur ki, Ukrayna, sadəcə, qurbanlıqdır. 

Bu ölkə şahmat taxtasındakı piyada fiqur kimi imperialist güclərin maraqlarına qurban verilir. Ortada isə həmin güclərin daha böyük hədəfləri var. Son üç ildə Rusiya-Ukrayna savaşında ölənlərin, yaralananların, itkin düşənlərin, qaçqınların taleyi nə Putini, nə də Trampı maraqlandırır. Hər kəs öz qlobal geosiyasi hədəflərinə nail olmağa can atır. Məhz buna görə də Ər-Riyad "qlobal bazarlıq", sövdələşmə meydanına çevrildi. Əlbəttə, belə sülh planı olmur. Bu, böyük güclərin kiçik ölkələrə diktə planıdır. ABŞ prezidentinin bəyanatları, sərəncamları və yürütdüyü siyasət NATO-nun təhlükəsizliyin zəmanəti baxımından etibarlılığına da kifayət qədər kölgə salıb. Bu səbəbdən Avropa İttifaqında qitənin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətlilik başlayıb. Hazırda Avropa ölkələri, ABŞ olmadan özünü Rusiyadan müdafiə etmək üçün əlində olan imkanları nəzərdən keçirirlər. 


Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a deyib ki, son zamanlar beynəlxalq münasibətlər sistemində proqnazlaşdırılmamış, ziddiyətli və mürəkkəb proseslər baş verir. Deputat vurğulayıb ki, ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra Ağ Evin Avropa İttifaqı, Ukrayna və Rusiya siyasətində kəskin dəyişikliklər müşahidə olunur: 

"Ələlxüsus, Bayden administrasiyasının dəstəklədiyi Ukrayna Prezidenti Zelenski "qeyri-legitim", "diktator", müharibənin dayandırılmasında "əsas əngəl" adlandırılır. Bütün bunlar, onu göstərir ki, müasir dünyada beynəlxalq hüququn normaları yox, korporativ maraqlar, güc amili qəbul olunur. Yaranmış vəziyyət, bir çox dövlətlər, o cümlədən bizim üçün düşünməyə əsas verir. Siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur. Hər bir dövlət, öz təhlükəsizliyinin qayğısına özü qalmalıdır, kiməsə arxalanmamalıdır. Arxalananda Zelenskinin düşdüyü vəziyyətlə qarşılaşır. Ən yaxşı nümunəni Prezidenti İlham Əliyev göstərdi".


Parlament üzvü vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan son dərəcə mürəkkəb, qlobal güclərin maraqlarının toqquşduğu bölgədə yerləşir:

 "Azərbaycan Şimaldan, Cənubdan, Qərbdən gələn təzyiqlərə baxmayaraq, heç bir gücün əlində alət olmadı. Müstəqil, milli və dövlət maraqlarına söykənən siyasət apardı. Məhz bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi və hərbi cəhətdən güclənməsinə xidmət etdi. Bu gün Zelenskini müharibəyə sürükləyənlər, meydanda tək buraxanlar ortalıqda yoxdur. Təəssüf ki, Ukraynanın bir dövlət olaraq xəritədən silinməsi təhlükəsi mövcuddur. Bu barədə hər birimiz düşünməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri