Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Zelenskinin Bakı daxil xəbərdarlığı blef, yoxsa?

Zelenskinin Bakı daxil xəbərdarlığı blef, yoxsa?

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanına dair son xəbərdarlığı Azərbaycanda da ciddi suallar doğurur. Zelenski bəsyan edib ki, Rusiya səmasında təhlükəsiz dövr başa çatıb və bundan sonra Ukrayna dronlarının Rusiya ərazisində uçuşları daha da artacaq. Onun sözlərinə görə, Rusiya hava məkanından istifadə edən tərəfdaş ölkələr və aviaşirkətlər mövcud təhlükəni nəzərə almalıdır.
Bu xəbərdarlığın ardınca Rusiya hava limanlarında uçuşların kütləvi şəkildə gecikdirilməsi və bəzi reyslərin ləğvi müşahidə olunub. Türkiyənin “Pegasus” aviaşirkəti Bodrumdan Moskvaya planlaşdırılan PC1456 reysini ləğv edib. Vnukovo hava limanının məlumatlarında Moskva-İstanbul, Moskva-Bodrum və Moskva-Dalaman istiqamətlərində bir sıra “Pegasus” reyslərinin də baş tutmadığı göstərilib. “Türk Hava Yolları”nın İstanbul reyslərindən ən azı ikisi, Şarm əl-Şeyx istiqamətində bir reys də ləğv olunub. Ukraynanın Rusiyanın dərinliklərinə dron hücumlarını artıracağı barədə açıqlaması Rusiya üzərindən uçan Azərbaycan təyyarələrinin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Xüsusilə ona görə ki, Bakı ilə Moskva arasında hava əlaqəsi kifayət qədər intensivdir.
Hazırkı uçuş cədvəllərinə görə, yalnız AZAL Bakı-Moskva xəttində həftədə təxminən 32 birbaşa reys həyata keçirir. Bu, orta hesabla hər gün 4-5 reys deməkdir. Bundan başqa, Moskva-Bakı istiqamətində digər aviaşirkətlərin uçuşları da həyata keçirilir. Azərbaycanla Rusiya arasında hava əlaqəsi Moskva ilə məhdudlaşmır: Sankt-Peterburq, Yekaterinburq və digər Rusiya şəhərləri ilə də birbaşa uçuşlar mövcuddur.
Deməli, Rusiya səmasında təhlükəsizliklə bağlı hər hansı ciddi problem Azərbaycan aviaşirkətlərinin fəaliyyətinə və Rusiyaya gedib-gələn yüzlərlə sərnişinə birbaşa təsir göstərə bilər.
Hazırda Azərbaycanın rəsmi qurumlarından Zelenskinin son xəbərdarlığına ayrıca münasibət açıqlanmayıb. Lakin Bakı üçün əsas məsələ siyasi mövqe nümayiş etdirməkdən daha çox mülki aviasiyanın təhlükəsizliyidir. 2024-cü il faciəsindən sonra Azərbaycan üçün Rusiya hava məkanının təhlükəsizliyi məsələsinin nə qədər həssas olduğu artıq məlumdur.
Zelenskinin “Rusiya səmasında təhlükəsiz dövrlər bitdi” mesajı fonunda Bakının qarşısında da praktiki sual yaranır: Rusiya ərazisində dron hücumları intensivləşirsə, Azərbaycan aviaşirkətlərinin bu ölkənin hava məkanından istifadəsi hansı əlavə risklərlə üzləşəcək? Zelenskinin Bakı daxil xəbərdarlığı-blef, yoxsa?
Əgər Moskva və digər Rusiya şəhərlərinin hava limanlarında uçuşların dayandırılması adi hala çevrilərsə, bunun Bakı-Moskva hava əlaqəsinə də təsir göstərməsi qaçılmaz olacaq. Söhbət təkcə reyslərin gecikməsindən getmir. Burada sərnişinlərin təhlükəsizliyi, təyyarələrin sığortası, uçuş marşrutlarının dəyişdirilməsi və Rusiya hava məkanından tranzit istifadənin yenidən qiymətləndirilməsi kimi məsələlər də ortaya çıxır.
Bakı üçün vəziyyətin daha bir acı tərəfi var: Azərbaycan Rusiya səmasında mülki təyyarə təhlükəsini artıq yaşamış ölkədir. Buna görə də Ukraynanın son xəbərdarlığı digər ölkələr üçün yeni risk siqnalı sayılsa da, Azərbaycan üçün bu, xüsusilə ciddi xəbərdarlıqdır.
Rusiya səmasında təhlükəsizliyin pisləşməsi davam edərsə, Bakı üçün prioritet Moskva ilə hava əlaqəsinin həcmi deyil, həmin uçuşların sərnişin və ekipaj üçün nə dərəcədə təhlükəsiz olması olacaq.

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Zelenskinin xəbərdarlığını sadəcə “blef” kimi qiymətləndirmək düzgün olmaz. Eyni zamanda bunu Azərbaycan aviasiyasına yönəlmiş birbaşa xəbərdarlıq kimi də qəbul etmək doğru deyil: “Bu, blefdən daha çox real təhlükəyə söykənən siyasi xəbərdarlıqdır. Çünki xəbərdarlığın arxasınca real hadisələr-hava limanlarında məhdudiyyətlər, reyslərin ləğvi və təyyarələrin geri qaytarılması artıq baş verib. Kiyev Rusiyanın hava məkanından istifadə edən aviaşirkətlərə mesaj verir ki, artıq bu marşrutların təhlükəsizliyinə görə risk və məsuliyyət məsələsini yenidən qiymətləndirsinlər. Bu, Rusiyanın beynəlxalq aviasiya baxımından daha da təcrid edilməsinə hesablanmış addım kimi də görünür. Bu xəbərdarlıq kommersiya aviaşirkətlərinə və sığorta bazarına əlavə təzyiq yarada biləcək. “Rusiya hava məkanı təhlükəlidir” demək bütün Rusiya üzərindən uçuşların eyni dərəcədə təhlükəli olduğu anlamına gəlmir. Risk konkret əraziyə, marşruta, hava hücumlarının intensivliyinə və həmin anda tətbiq edilən uçuş məhdudiyyətlərinə görə dəyişə bilər. Rusiya Zelenskinin “Rusiya səması faktiki bağlanacaq” iddiasını rədd edir və nəqliyyat qurumları hava əlaqəsinin pozulmasına imkan verməyəcəklərini bildirirlər”.
Professor hesab edir ki, Bakının bu mərhələdə emosional və ya siyasi reaksiya verməsindən daha çox, AZAL və aidiyyəti dövlət qurumları səviyyəsində risk qiymətləndirilməsini yeniləməsi vacibdir: “Xüsusilə Moskva, Sankt-Peterburq və digər Rusiya şəhərlərinə uçuşlarda marşrutların hansı hava dəhlizlərindən keçdiyi, həmin dəhlizlərin dron fəaliyyətinin müşahidə olunduğu zonalara yaxınlığı, alternativ marşrutların mövcudluğu və sığorta riskləri nəzərdən keçirilməlidir. Zelenskinin açıqlamasını nə panika yaradacaq şəkildə şişirtmək, nə də “siyasi blefdir” deyərək əhəmiyyətsizləşdirmək lazım deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri