Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Zelenskinin kimə güvənir? Ağ Evdə “va bank” gedişi

Zelenskinin kimə güvənir? Ağ Evdə “va bank” gedişi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ Evdə Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri olsa da, mövcud şərtlərdə - ABŞ-ın xeyrinə olan saziş və Rusiyanın maraqlarına uyğun danışıqların diktə edildiyi vaxt Kiyevin müqavimət planı kimi də görünür. Zelenskinin etirazından sonra:

- ABŞ faydalı qazıntılarla bağlı sazişə nail olmaq üçün şərtləri müəyyən qədər də olsa, yumşalda bilər;

- Danışıqlarda Ukraynanın da mövqeyinin nəzərə alınması reallığını qəbul edə bilər.

Bu, pozitiv gözləntilərdir və Tramp administrasiyasının daha sərt xətti izləməsi də gözləntilər arasındadır. Lakin Zelenski diktə edilən sazişi və mümkün danışıqlar prosesini pozmaq üçün "va-bank" getdi. Bununla həm öz reytinqini, həm ukraynalıların müharibə əhval-ruhiyyəsini yüksəltdi, həm Ukraynanın təslim olmayacağını nümayiş etdirdi. İstisna deyil ki, Zelenskinin "diplomatik səriştəsizliyi" kimi görünən mübahisə məqsədyönlü idi.

Bu kontekstdə "Nyu York Post" nəşrinin Ukrayna ilə danışıqlarda iştirak edən ABŞ rəsmisinə istinadən yaydığı informasiya/iddia diqqət çəkir.

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq sazişin razılaşdırılması ilə bağlı üç gün danışıq aparıb. Fevralın 21-də başa çatan danışıqlarda Kelloq və Zelenski "hələ üzərində işlənilməsi lazım olan məsələlərin olduğu" qərarına gəliblər. Lakin Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Zelenskinin sazişi imzalamaq üçün Ağ Evə gəlməsini və Trampla görüşməsini təklif edib. Kelloq isə bildirib ki, üzbəüz görüşdən əvvəl prezidentlər arasında münasibətlərin gücləndirilməsi vacibdir. Nəşr qeyd edir ki, Kelloq Kiyevdə danışıqlardan sonra hələ tam razılaşdırılmayan sənədlər olmadan Vaşinqtona qayıtmağa hazırlaşırmış, lakin Ukrayna tərəfi son anda fikrini dəyişib və sazişlə bağlı sənədləri Ağ Evə göndərib. Daha sonra Zelenskinin cümə günü Trampla görüşməsi və sazişi imzalaması təklifi Kiyev tərəfindən irəli sürülüb.

"Nyu York Post" Trampa yaxın media orqanıdır və istisna deyil ki, bu məlumat ABŞ administrasiyasının Ağ Evdəki mübahisədə haqlı olduğunu təbliğ etmək məqsədi daşıyır. ABŞ Dövlət katibi Marko Rubionun CNN telekanalına müsahibəsi də Tramp administrasiyasının haqlı görünmək cəhdlərindən biridir. Hərçənd, Ağ Ev davasının qeyd etdiyimiz mövcud şərtlərdə Ukraynaya manevr imkanları yaratması diqqəti bu informasiyalara da çəkir.

Bu prosesin arxasında Ukrayna müharibəsinin Rusiyanın maraqları fonunda başa çatmasını Avrasiyadakı planlarına zidd hesab edən Böyük Britaniyanın dayanması ehtimalı da var. Müharibənin başlanğıcında Qərbdə Ukraynaya dəstəyi təmin edən də, Rusiyanın tələblərinin qəbul olunduğu İstanbul razılaşmaları layihəsini sıradan çıxaran da London idi. Ağ Evdə Trampla görüşən Starmer ABŞ-ın yanaşmasını dəyişə bilmədi, mümkündür ki, Ukraynaya diktə edilən sazişi və danışıqları Zelenskinin "va-bank" gedişi ilə sıradan çıxarmağa, ən azı prosesin Moskva-Vaşinqton planına uyğun gedişini tormozlamağa çalışırlar. Zelenskini Londonda qəbul edən Starmer Avropanın Ukraynaya praktiki müstəvidə dəstəyini və Kiyevin sona qədər müqavimətini təmin etməyə çalışacaq. Buna nə qədər nail ola biləcəyindən çox şey asılıdır, çünki Avropanın Ukraynaya nəzəri baxımdan yekdil dəstəyinin praktiki müstəvidə adekvat olacağı mübahisəli olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri