Icma.az
close
up
RU
Zelenskinin Ağ Evdə “va bank” gedişi: Kimə güvənir?

Zelenskinin Ağ Evdə “va bank” gedişi: Kimə güvənir?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Evdə Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri olsa da, mövcud şərtlərdə - ABŞ-ın xeyrinə olan saziş və Rusiyanın maraqlarına uyğun danışıqların diktə edildiyi vaxt Kiyevin müqavimət planı kimi də görünür. Zelenskinin etirazından sonra:

- ABŞ faydalı qazıntılarla bağlı sazişə nail olmaq üçün şərtləri müəyyən qədər də olsa, yumşalda bilər;

- Danışıqlarda Ukraynanın da mövqeyinin nəzərə alınması reallığını qəbul edə bilər.

Bu, pozitiv gözləntilərdir və Tramp administrasiyasının daha sərt xətti izləməsi də gözləntilər arasındadır. Lakin Zelenski diktə edilən sazişi və mümkün danışıqlar prosesini pozmaq üçün “va-bank” getdi. Bununla həm öz reytinqini, həm ukraynalıların müharibə əhval-ruhiyyəsini yüksəltdi, həm Ukraynanın təslim olmayacağını nümayiş etdirdi. İstisna deyil ki, Zelenskinin “diplomatik səriştəsizliyi” kimi görünən mübahisə məqsədyönlü idi.

Bu kontekstdə “Nyu York Post” nəşrinin Ukrayna ilə danışıqlarda iştirak edən ABŞ rəsmisinə istinadən yaydığı informasiya/iddia diqqət çəkir.

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq sazişin razılaşdırılması ilə bağlı üç gün danışıq aparıb. Fevralın 21-də başa çatan danışıqlarda Kelloq və Zelenski “hələ üzərində işlənilməsi lazım olan məsələlərin olduğu” qərarına gəliblər. Lakin Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Zelenskinin sazişi imzalamaq üçün Ağ Evə gəlməsini və Trampla görüşməsini təklif edib. Kelloq isə bildirib ki, üzbəüz görüşdən əvvəl prezidentlər arasında münasibətlərin gücləndirilməsi vacibdir. Nəşr qeyd edir ki, Kelloq Kiyevdə danışıqlardan sonra hələ tam razılaşdırılmayan sənədlər olmadan Vaşinqtona qayıtmağa hazırlaşırmış, lakin Ukrayna tərəfi son anda fikrini dəyişib və sazişlə bağlı sənədləri Ağ Evə göndərib. Daha sonra Zelenskinin cümə günü Trampla görüşməsi və sazişi imzalaması təklifi Kiyev tərəfindən irəli sürülüb.

“Nyu York Post” Trampa yaxın media orqanıdır və istisna deyil ki, bu məlumat ABŞ administrasiyasının Ağ Evdəki mübahisədə haqlı olduğunu təbliğ etmək məqsədi daşıyır. ABŞ Dövlət katibi Marko Rubionun CNN telekanalına müsahibəsi də Tramp administrasiyasının haqlı görünmək cəhdlərindən biridir. Hərçənd, Ağ Ev davasının qeyd etdiyimiz mövcud şərtlərdə Ukraynaya manevr imkanları yaratması diqqəti bu informasiyalara da çəkir.

Bu prosesin arxasında Ukrayna müharibəsinin Rusiyanın maraqları fonunda başa çatmasını Avrasiyadakı planlarına zidd hesab edən Böyük Britaniyanın dayanması ehtimalı da var. Müharibənin başlanğıcında Qərbdə Ukraynaya dəstəyi təmin edən də, Rusiyanın tələblərinin qəbul olunduğu İstanbul razılaşmaları layihəsini sıradan çıxaran da London idi. Ağ Evdə Trampla görüşən Starmer ABŞ-ın yanaşmasını dəyişə bilmədi, mümkündür ki, Ukraynaya diktə edilən sazişi və danışıqları Zelenskinin “va-bank” gedişi ilə sıradan çıxarmağa, ən azı prosesin Moskva-Vaşinqton planına uyğun gedişini tormozlamağa çalışırlar. Zelenskini Londonda qəbul edən Starmer Avropanın Ukraynaya praktiki müstəvidə dəstəyini və Kiyevin sona qədər müqavimətini təmin etməyə çalışacaq. Buna nə qədər nail ola biləcəyindən çox şey asılıdır, çünki Avropanın Ukraynaya nəzəri baxımdan yekdil dəstəyinin praktiki müstəvidə adekvat olacağı mübahisəli olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri