Zelenskinin ofisi məhkəməyə Poroşenkoyla bağlı sübutlar təqdim etməli olacaq
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Ali Məhkəməsi Zelenskinin ofisindən ölkənin beşinci prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenkoya qarşı sanksiyaların tətbiq edilməsinə əsaslanan sübutları təqdim etmələrini istəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Məhkəmə iddiaçının vəsatətini təmin edərək, Prezident Aparatının və hökumətin nümayəndələrinə sanksiyaların tətbiq edilməsinin əsasları, bu qərarın qəbul edilməsi qaydası və bu prosesdə bilavasitə iştirak edən dövlət rəsmiləri ilə bağlı bütün lazımi sənədləri təqdim etməyi tapşırıb”.
Poroşenko “heç bir hüquqi əsası olmayan məhdudiyyətlərin aradan qaldırılmasına nail olmaq və onları hazırlayan məmurları məsuliyyətə cəlb etmək” arzusunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 May 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















