Icma.az
close
up
RU
Zelenskinin “Qələbə Planı”: Reallığa qayıtmaq vaxtıdır TƏHLİL

Zelenskinin “Qələbə Planı”: Reallığa qayıtmaq vaxtıdır TƏHLİL

Azvision saytına istinadən Icma.az xəbər verir.

Planını açıqlayan Zelenski müharibənin 2025-ci ilin sonunadək bitəcəyinə inandığını bildirmişdi. İlk bənddə Ukraynanın dərhal NATO-ya dəvət edilməsi nəzərdə tutulurdu. Bu bənd haqqında danışmağa dəyməz.
Planın ikinci bəndində əməliyyatların Rusiya ərazisində davam etdirilməsi, onun ərazisinə zərbələrə məhdudiyyətlərin aradan qaldırılması, tərəfdaşlarla birlikdə Rusiya aviasiyasının məhv edilməsi, dron və raketlərdən istifadənin genişləndirilməsi, tərəfdaşların kəşfiyyat məlumatlarına əlçatanlıq daxil idi. Bu bənd plan açıqlanana qədər qismən təmin olunmuşdu.
Üçüncü bənddə Ukrayna öz ərazisində Rusiyadan gələ biləcək istənilən hərbi təhlükədən qorunmaq üçün kifayət edəcək qeyri-nüvə xarakterli strateji sistemlərin yerləşdirilməsini nəzərdə tuturdu. Bu bənd qətiyyən yerinə yetirilməyib.
Dördüncü bənddə Ukraynanın iqtisadi inkişafı və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi yer alırdı. Burada da yenilik yox dərəcəsindədir. Tam əksinə, Ukraynaya hərbi və humanitar yardımlar azalıb.
Beşinci bənd isə müharibədən sonrakı dövr üçün nəzərdə tutulurdu. Bu barədə danışmaq hələlik çox erkəndir. Çünki, Ukrayna hərbi birləşmələrinin müharibədən sonra Avropada ABŞ kontingentinin bir hissəsini əvəz etməsi yaxın perspektivdə gözlənilmir.
Ukrayna “Qələbə Planı”nı təqdim edəndən sonra nəinki qələbəyə yaxınlaşmadı, əksinə, Kursk vilayətindən tamamilə geri çəkildi, şərq cəbhəsində isə bir çox yaşayış məntəqələrini itirdi, ümumilikdə hərbi təşəbbüsü ələ ala bilmədi və nəticə olaraq hazırda rus qoşunları zəif templə də olsa, şərq istiqamətində irəliləyir.
Ukrayna təhlükəsizlik qüvvələri son iki əməliyyat ilə Rusiyanın strateji aviasiya aerodromlarına və Krım körpüsünə zərbələr endirdi. Bu ümumilikdə effektiv əməliyyatdır, amma hücum edən FPV dronlarının zərbə gücünün kifayət qədər zəif olduğu da faktdır. 40-dan çox bahalı aviasiya vasitələrinin zədələnməsi və ya sıradan çıxarılması Rusiyanı işğalçı mövqeyindən geri çəkilməsinə səbəb olmadı. Rusiya aerodromlarına endirilən zərbələr Türkiyədə keçirilən görüşlərdə Kremlin mövqeyini dəyişə bilmədi. Əksinə, Rusiya görüşlərdə Ukrayna üçün əvvəlkilərdən daha sərt və demək olar ki, qəbuledilməz təkliflərlə çıxış etdi. Kreml Ukraynanın Krım və 4 vilayətdən imtina etməsini, həmin vilayətlərin Ukrayna qoşunlarının nəzarətində olan ərazilərinin Rusiyaya təhvil verilməsini, NATO-ya üzvlük məsələsinin birdəfəlik bağlanmasını və Ukrayna silahlı qüvvələrinin demilitarizasiyasını tələb edir. Əks hücum potensialını itirən Ukrayna tərəfinin növbəti görüşlərdə Rusiyadan daha yumşaq təkliflər alacağı real görünmür. Ukrayna silahlı qüvvələri döyüş əməliyyatları teatrında ciddi dönüş yaratmayana, yəni heç olmasa bir neçə böyük yaşayış məntəqəsini rus ordusundan azad etməyənə qədər Moskvanın mövqeyində yumşalma olmayacaq. Meydanda baş verənlər isə Ukraynanın əks hücum imkanlarının məhdud olduğunu göstərir. Genişmiqyaslı əks hücumlara başlamaq və yaxın vəzifələri icra etmək üçün Ukrayna ordusu ən azından iki əsas və iki digər zərbə istiqamətində qüvvə toplamalıdır. Əsas zərbə istiqamətində düşmən qüvvələrindən 3-5 dəfə çox resurs cəlb edilməlidır. Digər tərəfdən isə hücumun inkişaf etdirilməsi və sonrakı vəzifələrin icrası 3-5 dəfə artıq qüvvənin ehtiyatda saxlanılmasını tələb edir. Hazırda Ukrayna silahlı qüvvələri üçün bu iki vəzifədən heç biri əlçatan deyil.

Digər vacib məsələ Ukraynanın hücum edəcək qoşunlarının hər 3 eşalonda Rusiyanın hava hücumu vasitələrindən müdafiəsinin təşkil edilməsidir. Bu vəzifə müharibə başlayandan bəri həllini tapmayıb, bundan sonra tapa biləcəyi ehtimalı sıfırdır.
Ukraynanın əlində olan imkanlarla bu il ərzində müdafiə olunması asan vəzifə olmayacaq. Azərbaycan vətəndaşı kimi bu müharibədə mən də dost Ukraynanın yanındayam. İşğalın və ərazi itkisinin nə demək olduğunu bilirəm. Ukraynanın Rusiyaya qarşı müdafiə hüququnu tam dəstəkləyirik. Ukrayna bu müharibənin mənəvi qalibi hesab edilə bilər, amma “Ukrayna nəyə və kimə görə Rusiya ilə savaşa başladı?” sualı hələ də açıq qalır. Zelenski Qərb ölkələrinə arxayın olaraq, onların maraqları naminə savaşa girməli deyildi. İlkin mərhələdə Rusiya Krımı ələ keçirdi, sonra Luqansk və Donetski, indi isə həm Xerson və Zaparojyeni istəyir, həm də bu 4 vilayətin Kiyevin nəzarətində olan ərazilərindən Ukrayna ordusunun çıxarılmasını tələb edir. Danışıqlar rus ordusunun yeni ərazilər işğal etməsi və Ukrayna yaşayış məntəqlərinin darmadağın edilməsi ilə paralel gedir. Danışıqların növbəti mərhələsinə qədər Ukrayna Rusiayanı dayandıra bilməsə və ya ruslar bir qədər də irəliləsələr, Kremlin tələbləri daha da sərtləşəcək. Bəlkə də Moskva əvvəlkindən daha artıq ərazilər, məsələn 4 əvəzinə 5 vilayət tələb edəcək, Ukrayna isə bu tələbləri qəbul edə bilməyəcək, beləliklə, müharibə də uzun müddət davam edəcək.

Kreml atəşkəsin və sülhün əldə olunması istiqmətində addımlar atmağa hazır olduğunu formal şəkildə daim bəyan edib, yenə də edəcək, danışıqlardan da imtina etməyəcək, arada Kiyevi sülh istəməyən tərəf kimi günahlandıracaq, eyni zamanda hədəfini əldə etməyənə qədər döyüş əməliyyatlarını da dayandırmayacaq. Kiyev isə Qərbdən maliyyə, silah və texnika yardımı istəməkdə, hərdən epizodik uğurları tirajlamaqda, Rusiyanı işğalçı kimi günahlandırmaqda davam edəcək.
Odur ki, döyüş əməliyyatlar zonasında baş verənlərə və davam edən danışıqlar prosesinə real yanaşmalıyıq. Lider öz hərbi planlarını və niyyətlərini həyata keçirəndən sonra açıqlamalıdır. Əsgərin meydanda nailiyyəti yoxdursa, siyasətçilər və ya diplomatlar danışıqlar masasında əks tərəf ilə ultimatum dili ilə danışa və ya ona öz şərtlərini diqtə edə bilmirlər. Belə bir vəziyyətdə Ukrayna prezidenti artıq “Qələbə Planı” barədə kəlmə kəsmir, Krımı azad etməkdən danışmır, bunun əvəzində Krıma aparan körpünü partladır.
Bütün bunların fonunda Zelenski əvvəlcədən Türkiyəyə gedir, müharibə apardığı və ərazilərini işğal edən ölkənin rəhbərini gözlədiyini bildirir, Putin isə rahatlıqla Ukrayna prezidenti ilə görüşdən imtina edir...
Ədalət Verdiyev,
Hərbi ekspert
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri