Zelenskinin sağ əli Uitkoffla mübahisə etdiyini təkzib etdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib.
Modern.az xəbər verir ki, Budanov bu barədə “RBK-Ukrayna”ya açıqlamasında bildirib.
“Ünsiyyətin təfərrüatları barədə guya insayder məlumatlarına gəlincə, bunlar həqiqətə uyğun deyil. Belə bir şey olmayıb. Hazırda danışıqlar prosesinə qarşı informasiya hücumları müşahidə edirik. Soyuqqanlılığı qorumaq və əsas məqsədimizi — Ukrayna üçün davamlı sülhü yadda saxlamaq vacibdir. Bunun üçün əlimizdən gələni edirik”, – o deyib.
Qeyd edək ki, “Le Monde” daha əvvəl Uitkoffla Budanov arasında gərgin söhbət olduğunu yazmışdı. Nəşrin iddiasına görə, görüşdə Rusiya qazı və neftinin Ukrayna ərazisindən Avropaya tranzitinin tam bərpasını nəzərdə tutan “regional rifah planı” təklif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 28 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















