Icma.az
close
up
RU
Zelim Kotsoyev: Gümüş medala baxmayaraq, Avropa çempionatından böyük həzz aldım MÜSAHİBƏ

Zelim Kotsoyev: Gümüş medala baxmayaraq, Avropa çempionatından böyük həzz aldım MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) bu yaxınlarda Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanaraq tatamiyə uğurla qayıdıb. Bu, Azərbaycan cüdoçusu üçün son səkkiz ayda - 2024-cü ildə Parisdə Olimpiya Oyunlarındakı qələbədən sonra ilk yarış idi.

İdman.biz-ə eksklüziv müsahibə verən Zelim Kotsoyev ötən turnirlə bağlı təəssüratlarını bölüşüb və gələcək planlarından danışıb.

- Bu, Paris Olimpiadasından sonra ilk turniriniz idi. Həyəcan var idi?

- Düzünü desəm, qayıtdığım üçün çox sevindim, sadəcə həzz aldım. Hiss edirdim ki, bu emosiyalar – rəqabət, adrenalin üçün darıxıram. Təbii, əvvəlki formada deyiləm - səkkiz aylıq uzun fasilə öz sözünü dedi. Ancaq ilk addım üçün bu normaldır. Təbii ki, qızıl medal qazanmaq istərdim, amma indiki formamı nəzərə alsaq - nəticə olduqca məqbuldur.

- İlk görüşün haqqında nə deyə bilərsiniz?

- Kiprli birinci rəqib o qədər də güclü deyildi. Bir yarım-iki dəqiqə mübarizə apardıq. Amma mübarizəyə keyimiş kimi çıxmışdım, qollarım tıxanmışdı. Həm fasilə, həm də çəkiatma öz sözünü dedi, çünki bunu uzun müddət idi etmirdim. Artıq ilk görüşdən sonra bütün çatışmazlıqları hiss etdim - son vaxtlar yarış təcrübəsinin olmaması və çəki itirməyin nəticələri. Amma əhvalım müsbət idi, ona görə də turnir irəlilədikcə forma yığmağa başladım.

- İlya Sulamanidze ilə final, bəlkə də, turnirin mərkəzi hadisəsi idi...

- Bəli, o, Olimpiya finalındakı məğlubiyyətin əvəzini çıxmaq istəyirdi, mən də təslim olmaq fikrində deyildim. Artıq ümumi hesabımız 3:3-dür - o, tatamidə barışmaz rəqibimdir (gülür). Real həyatda isə biz yaxşı ünsiyyət qururuq, bir-birimizə hörmət edirik.

Döyüşün özü mənim nəzarətimdə idi. Bir anda fənd işlətmək istədim, lakin o, qarşılıq verdi və nəticədə yuko xalı qazandı.

Məşqçilər korpusu ilə epizodu nəzərdən keçirdik və hakimlərin bu qərarı ilə razılaşmadıq. Həmin xal bizim bütün görüşlə bağlı planımızı alt-üst etdi.

- Bəlkə də daha mötəbər turnirdə deyil, Avropa çempionatında əvəz çıxması daha yaxşıdır?

- Bilmirəm. Rəqiblərimin motivasiyası barədə düşünmürəm. Yarışlara qalib gəlmək üçün gedirəm. Bu, Avropa çempionatının finalı idi və qızıl medal qazanmaq istəyirdim. Ancaq belə alındı, olsun. İlyaya görə şadam, finaldan sonra onu qucaqlayıb təbrik etdim.

- Avropa çempionatının gümüşü kolleksiyanızda çatışmayan sonuncu medal idi?

- Bəli, üç bürünc, bir qızıl, indi isə gümüş medalım da var. Yarışdığım çəki kateqoriyası çox rəqabətlidir və həmişə gərgin mübarizə aparmalısınız. Qızıl götürmək üçün mükəmməl formada olmaq lazımdır. Görünür, haradasa kifayət qədər çalışmamışam, formamım zirvəsində deyildim.

- Azərbaycan yığmasının baş məşqçisi Rixard Trautman turnirdən sonra Zelim Tçkyaev və Murad Fətiyevin çıxış etdikləri yarımfinallarda hakimliyin mübahisəli olduğunu bildirib. Razısınız?

- Tamamilə. Tçkayevə gəlincə, heç bir qiymətləndirmə yox idi. Hansı epizodların və necə nəzərdən keçirildiyini bilmirəm, amma cüdo baxımından heç bir nəzarət yox idi. Rəqibi qiymətləndirmək üçün heç bir şans görmədim.

Fətiyevlə bağlı da eyni vəziyyət. Qadağan edilmiş heç bir fənd görmədim. İndi qaydalar elədir ki, hakimlərdən çox şey asılıdır. Qələbənin qeyd-şərtsiz olması üçün rəqibi qaldırıb kürəyini yerə vurmaq lazımdır (gülür). Ancaq bu həmişə alınmır və çox şey hakimlərdən asılıdır. Fikrimcə, açıq-aşkar hakim səhvləri var idi.

- Çempionatdan dərhal əvvəl məlum oldu ki, Hidayət Heydərov xəstəliyi səbəbindən Podqoritsada yarışmayacaq. Bunu necə qarşıladınız?

- Çox məyus oldum. Bunu bilən kimi ona zəng etdim. Birlikdə hazırlaşmışdıq, təlim-məşq toplanışları keçirdik, bir-birimizə dəstək olduq. O, ilk günlərdə yarışmalı olduğu üçün daha əvvəl getmişdi. Amma artıq yerindəcə, başa düşdüyüm kimi, özünü pis hiss etmişdi. İndi hər şey qaydasındadır, ümid edirəm ki, onu dünya çempionatında əla formada görəcəyik.

- Onun əvəzedicisi, çıxış edəcəyindən, sözün əsl mənasında, bir gün əvvəl xəbər tutan Rəşid Məmmədəliyev bürünc medal qazandı. Bu, çox layiqli nəticə deyilmi?

- Rəşidə sadəcə halaldır! O, çox çalışqan oğlandır və ürəkdən şadam ki, o, keyfiyyətli cüdo göstərə bildi. Əhməd Yusifovu da qeyd etmək istərdim - bu, onun böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

Xaraktercə heç kimdən geri qalmayan Murad Fətiyev də əla performans nümayiş etdirdi. Hazırda boynundan ciddi zədə alıb, ümid edirəm ki, tezliklə sağalacaq.

Məndən başqa, bütün uşaqlar ilk dəfə Avropa medalçısı oldular. Bu onu göstərir ki, komandamız inkişaf edir, yeni adlar meydana çıxır. Federasiya düzgün istiqamətdə işləyir və aldığımız dəstəyə görə minnətdarıq.

- Artıq dünya çempionatına hazırlaşmağa başlamısınız?

- Biz Bakıda cəmi bir gün oldum, sonra dərhal Gürcüstana təlim-məşq toplanışına yollandıq. Dünya çempionatına təxminən altı həftə qalıb. Daha yarışlarımız olmayacaq. Hazırda Düşənbədə turnir keçirilir, lakin dünya çempionatına hazırlaşanlar təlim-məşq toplanışındadırlar.

- Budapeştdə Sulamanidzedən məğlubiyyətin əvəzini çıxmağa qərarlısınız?

- Mümkün olan hər şeyi edəcəm. Turnirdə optimal formada olmağa çalışacağam. Dünya çempionatında zəif rəqiblər olmur - o yarış Avropa çempionatından daha çətindir. Səhvlər olmamalıdır, titulumu qoruyub saxlamalıyam.

Əli Məmmədli
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see185

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see178

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see161

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see130

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see124

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see124

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri