Icma.az
close
up
RU
Zelim Kotsoyev: “Paris2024dən sonra Azərbaycanda cüdo bir nömrəli idman növüdür” İdman və Biz

Zelim Kotsoyev: “Paris2024dən sonra Azərbaycanda cüdo bir nömrəli idman növüdür” İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Paris-2024 Yay Olimpiya Oyunlarından sonra reabilitasiyadan keçirəm. Zədələrimi sağaldıram. Artıq məşqlərə start vermişəm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev (100 kq) yutuber Geor Andıyevə müsahibəsində deyib.

Olimpiya çempionu cüdoya necə gəldiyini açıqlayıb. O, ilk vaxtlar bu idman növünü sevmədiyini etiraf edib: “Cüdoya məni atamla qardaşım birgə gətirdi. Amma niyə sırf cüdo, bunu bilmirəm. Atam sərbəst güləşlə məşğul olub. Açıq danışsam, cüdoya marağım yox idi. Atam bu idman növündə qalmağımda böyük pay sahibi oldu. O, hər zaman məni nəzarətdə saxlayırdı. İlk yarışım respublika çempionatı oldu. Onu qazandıqdan sonra özümün də cüdoya sevgim artdı”.
Kotsoyev ardınca ölkəmizə gəlişinə toxunub: “2015-ci ildə Azərbaycan millisinə gəldim. Bura gəlməyimdə Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Xetaq Qazyumovun böyük rolu oldu. Atam onunla danışdı, məsləhətlər aldı. O, Azərbaycanda idmanın yaxşı inkişaf etdiyini və ora gələcəyim halda peşman olmayacağımı bildirdi. İndi mən də bura gəldiyim üçün şadam. Məni məşqçilər heyəti, federasiyanın işi çox qane edir. Azərbaycanda məni çox yaxşı qarşıladılar. Burada çoxlu dostlarım var. Bakı çox gözəldir. Yaşamaq üçün çox yaxşıdır. Mental olaraq doğulduğum yerlə oxşardır”.

Zelim Paris-2024 Yay Olimpiya Oyunlarından sonra cüdonun ölkəmizdə olan statusunun yüksəldiyini də bildirib: “Olimpiadadan sonra Azərbaycanda cüdo bir nömrəli idman növüdür. Fransa paytaxtında hər 2 qızıl medal məhz bu növdə qazanıldı. Artıq regionlarda da cüdo zalları artırılır. Bu uğur böyük komanda işi idi. Necə işləmişdiksə elə də nəticə qazandıq. Baş məşqçimiz Riçard Trautmana minnətdaram. Onunla ilk gündən çox yaxşı anlaşırıq. Səhvlərimi dedi, bunun üzərində çalışdıq və nəticə də göz önündədir”.

26 yaşlı cüdoçu digər Olimpiya çempionumuz Hidayət Heydərovla olan bənzərliklərindən də söz açıb: “Onunla nəticələrim hər zaman üst-üstə düşür. O uduzanda, uduzuram udanda isə qalib gəlirəm. Bu il ikimiz də dünya çempionu olduq. Hidayət Olimpiya Oyunlarında da birinci olduqdan sonra mən də qalib gələcəyimlə bağlı heç kimdə şübhə yox idi. Hidayətin qələbəsi mənə motivasiya oldu. İkimizdə də qələbə ruhu var. Onunla yaxşı münasibətim var. Çox yaxşı, təmiz insandır. Bir-birimizə dəstək oluruq və hamıdan da çox məşq edirik”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də tarixinin ən yaxşı nəticəsinə imza atıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri