Zelim Tçkayev Bakıdakı DÇ finalından sonra: “Heç bir bəhanə yoxdur rəqib daha güclü idi” ə AÇIQLAMA VİDEO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatının finalındakı çıxışını şərh edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra idmançı hakimlərin işi barədə danışmaqdan imtina edib.
“Mən heç vaxt hakimlik haqqında danışmağı sevməmişəm, indi də bunu etməyəcəyəm”, - deyə Tçkayev bildirib.
Cüdoçunun sözlərinə görə, o, görüşün sonunadək qələbə qazanacağına inanıb.
“Düşünmürdüm ki, qələbəni əldən verirəm. Son ana qədər qalib gələcəyimi düşünürdüm”, - o qeyd edib.
İdman.Biz-in rəqiblə şəxsi görüşlərdəki uğursuz seriya ilə bağlı sualını cavablandıran Tçkayev məğlubiyyətinə bəhanə axtarmadığını vurğulayıb.
“Bilmirəm. O, daha güclüdür, ona görə də uduzmuşam. Heç bir yorğunluq yox idi, sadəcə olaraq o, daha güclüdür və mən uduzmuşam. Heç bir bəhanə yoxdur”, - deyə Tçkayev sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşviliyə məğlub olaraq Bakıdakı dünya çempionatının gümüş medalını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Oktyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















