Icma.az
close
up
RU
Zəlzələ Bakıya çatdı bizi nə gözləyir? KONKRET

Zəlzələ Bakıya çatdı bizi nə gözləyir? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin sahillərində 5,7, eləcə də Dağıstanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Titrəyişlər Azərbaycanda – Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt daxil olmaqla bir sıra bölgələrdə 3-4 bal gücündə hiss olunub. Bu hadisə ictimaiyyətdə “ölkədə güclü zəlzələ ola bilərmi?” sualını gündəmə gətirib. Seysmoloqlar hesab edir ki, sözügedən aktivlik müəyyən risklər yarada bilər.

Xəzərdə müşahidə olunan seysmoloji aktivlik güclü zəlzələnin baş verməsi ilə nəticələnə bilərmi? Bakı üçün təhlükə varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, 6 bal gücündə zəlzələlər adətən dağıdıcı olmur:

“Cənubi Qafqaz gənc dağəmələgəlmə zonası olduğuna görə burda seysmik aktivlik daim müşahidə olunur. Xəzərdə mütəmadi olaraq 3 bala qədər zəif titrəyişlər qeydə alınır və onlar çox vaxt hiss olunmur, yalnız seysmoqraflarla müəyyən edilir. Hazırda Azərbaycanın müxtəlif bölgələrində müasir seysmoloji avadanlıqlar quraşdırılıb və bu cihazlar həm ölkə, həm də dünya üzrə baş verən zəlzələlər barədə dərhal məlumat ötürür”.

Ekoloq qeyd edib ki, Bakının yerləşdiyi torpaq quruluşu dağıdıcı zəlzələ üçün əlverişli sayılmır:

“Buna baxmayaraq, paytaxt və Abşeron üzrə proqnozlar mütəmadi yenilənməlidir. Daha böyük təhlükə ehtimalı Şamaxı, Gəncə və Zaqatala bölgələrində müşahidə olunur. Respublika Seysmoloji Mərkəzi həmin ocaqlardakı vəziyyətlə bağlı ictimaiyyətə daimi məlumat verməlidir. Kamçatkada baş verən zəlzələ müəyyən narahatlıq yaradaraq yüksək maqnitudalı zəlzələlərə hazırlıq baxımından yenidən baxmağı zəruri etdi. İnsanlar artıq tikililərin təhlükəsizliyinə diqqət yetirirlər. Bakıda tikililər əsasən 8 bal gücündə zəlzələyə hesablanıb. Ümumiyyətlə, Abşeron yarımadasında 5,5–6 bal gücündə yeraltı təkanlar mümkün olsa da, onlar dağıdıcı xarakter daşımır. 8 bal gücündə zəlzələ ehtimalı isə çox azdır. Bununla belə, güclü təkan baş verərsə, binalar dağılmasa da, insanların panik vəziyyətdə küçələrə çıxması, nəqliyyatda tıxacların yaranması əlavə risklər yarada bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri