Zemfira Meftahətdinova: Bakının “Dünyanın İdman Paytaxtı” statusu gənc idmançılar üçün mühüm imkandır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 dekabr, AZƏRTAC
Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” elan olunması gənclər və idman ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova deyib.
Onun sözlərinə görə, bu nailiyyət Azərbaycanın idman sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir: “Bakı indiyədək bir sıra nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib və bu təcrübə paytaxtımızın qlobal idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib. Belə bir beynəlxalq status gənc idmançıları ruhlandırır, onların böyük hədəflərə doğru irəliləməsinə stimul verir”.
Z. Meftahətdinova Azərbaycanın idman sahəsində qazandığı uğurların ölkəmizin gələcəyi üçün mühüm töhfə olduğunu bildirib: “İdmana və idmançılara göstərilən davamlı diqqət və qayğı məhz belə vacib nəticələrin əldə olunmasına zəmin yaradıb. Biz inanırıq ki, “Dünyanın İdman Paytaxtı” titulu ölkəmizdə idmanın daha da inkişafına, yeni istedadların üzə çıxmasına və Azərbaycanın beynəlxalq idman arenalarındakı mövqeyinin güclənməsində əhəmiyyətli rol oynayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















