Icma.az
close
up
RU
Zəngəzur amili: Yeni oyun planı Cənubi Qafqazda yazılır Siyasi analitik

Zəngəzur amili: Yeni oyun planı Cənubi Qafqazda yazılır Siyasi analitik

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya-Azərbaycan münasibətlərində gərginlik artmaqdadır: vətəndaşların həbsi, Sputnik agentliyinə hücumlar və mədəni əlaqələrin dayandırılması ilə bağlı ciddi addımlar atılıb.

Bu gərginliyin diplomatik əlaqələrə uzunmüddətli təsirini necə qiymətləndirirsiniz?

Sizcə bu gərginlik müvəqqəti xarakter daşıyır, yoxsa yeni bir mərhələnin başlanğıcıdır?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi Asif Nərimalı bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdəki yaranmış gərginliyin konkret səbəbləri var.

Siyasətçinin sözlərinə görə, bu da Rusiyanın törətdiyi əməllərdən qaynaqlanır. Daha öncə də AZAL-ın mülki təyyarəsinin vurulmasından sonra bu münasitlərdə soyuqlaşma başladı. Bunun da əsas səbəbi Rusiya idi. Çünki Azərbaycanın konkret tələbləri var idi. Təyyarənin vurulmasına görə günahkarlar cəzalandırılmalı və kompensasiya ödənilməli idi. Bunu beynəlxaq hüquq da tələb edir. Amma Rusiya tərəfi prosesdən yayındı və bu tələbləri yerinə yetirmədi. Daha sonra Yekaterinburqda azərbaycanlılara qarşı hücumda Rusiya məsələləri həll etmək əvəzinə daha da gərginləşdirməkdə maraqlıdır.

A. Nərimanlı qeyd edib ki, Azərbaycanın hüquqi müstəvidə tələbləri var. Hücum edən FSB əməkdaşları istintaqa cəlb edilməlidir. Burada konkret qətl baş verib. Bu gərginlikdəki motivlərə baxdıqda təbii ki, bu Rusiya ilə qaynaqlanır. Azərbaycan və Rusiya münasibətlərinin yenidən normallaşmasının yolu da Bakının haqlı tələblərinin yerinə yetirilməsidir. Amma Rusiyanın bunu etməsi böyük sual altındadır. AZAL məsələsində olduğu kimi bu hadisələr də problemli məsələ olaraq qalacaq. Düşünmürəm ki, gərginlik artan xətt üzrə davam edəcək. Tədricən müəyyən bir səngimə müşahidə edilir. Qarşıdakı dövrdə Rusiyanın yeni təxribatlar törədə biləcəyi də informasiya müstəvisində təxribatlar ola bilər. Rusiya mediasını müşahidə etdikdə görürük ki, Azərbaycana qarşı artıq kompaniya başlayıb. Diplomatik münasibətlərin tam kəsiləcəyi mərhələsinə də gedib çıxmayacaq. Çünki belə bir mərhələ Azərbaycanla yanaşı Rusiyanın özünə də sərf etmir. Burada ümumi, regionda baş verən proseslərə də toxunmaq lazımdır. Çünki Rusiya Ukrayna ətrafında Amerika ilə danışıqlardan sonra yenidən Cənubi Qafqaza qayıtmaq istəyir. Xüsusən Ermənistanda da bu prosesə başlayıblar. Orada sırf Qarabağı iddia edən, o cümlədən Azərbaycanla müharibəni dəstəkləyən revanşistləri dəstəkləyir. Bu nə Azərbaycana nə də Ermənistana sərf edir. Çünki Qarabağın həllindən sonra regionda yeni bir reallıq yaranıb. İndiyə qədər Rusiya Qarabağ kartından istifadə edərək hər iki ölkəni öz orbitində saxlamağa çalışırdı. Artıq bu yoxdur. İndi Cənubi Qafqazda yeni siyasi birliklərin yaranma perspektivi ortaya çıxıb. Əslində Rusiyanı qıcıqlandıran məqamlardan biri də budur. Diqqətlə baxmaq lazımdır ki, Rusiya Azərbaycanla yanaşı Ermənistana da hücum və təzyiq edir. Rusiyanın məqsədi sırf regiona yenidən qayıtmaqdır. Burada Zəngəzur dəhlizi amili də var. Regionda komunikasiyanın bərpası prosesində Rusiya da öz payını almaq istəyir. Amma daha çox nəzarətçi qismində çıxış etməyə çalışır. O baxımdan da düşünürəm ki, Rusiya və Azərbaycan arasındakı bu gərginlik artan xətt üzrə davam etməsə də müəyyən bir vəziyyətdə yenə də davam edəcək. Münasibətlərin əvvəlki vəziyyətə qayıtması ehtimalı mövcud halda az görünür. Amma ümumi olaraq məsələ təkcə Rusiya Azərbaycan kontekstində baş vermir. Regionda baş verən yeni bir mübarizənin başlanğıcı kimi qiymətləndirə bilərik.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see240

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see141

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see136

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see132

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see117

MDB Oyunlarının qalibi: Rəqiblərin hamısını analiz etmişdik MÜSAHİBƏ

05 Oktyabr 2025 22:07see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri