Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılır Tramp İrəvanla Bakıya öz planını TƏKLİF EDİB

Zəngəzur dəhlizi açılır Tramp İrəvanla Bakıya öz planını TƏKLİF EDİB

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Cənubi Qafqazda həll olunmamış əsas problem nəzəri olaraq Asiyanı Avropa ilə birləşdirməli olan nəqliyyat kommunikasiyalarının taleyidir. Gürcüstandan başqa, bu marşrutların bəziləri Ermənistandan da keçə bilər, Türkiyəni Azərbaycanla, daha sonra isə Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər”.
Modern.az xəbər verir ki, bu barədə Karnegi Fondunun məlumatında bildirilib.
Karnegi Fondunun məqaləsindən qeyd edilib ki, Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir. Onun Türkiyə və Azərbaycanla sərhədləri 1990-cı illərdə Birinci Qarabağ müharibəsi başlayandan bəri bağlı qalıb. Bu, faktiki olaraq ölkəni regiondakı bütün böyük nəqliyyat və enerji layihələrinin kənarında qoyub.

“İrəvan ilk növbədə sərhədlərini açmaqla təcrid vəziyyətindən qismən də olsa çıxmağa çalışır. Artıq bir neçə ildir ki, o, “Sülh yollarının kəsişməsi” adlı təşəbbüs irəli sürür, tarixən Ermənistan ərazisindən keçmiş bütün nəqliyyat marşrutlarının bərpasını və istifadəsini təklif edir.

Bakı təkid edir ki, kommunikasiyaların bərpası Azərbaycanı onun Ermənistanın cənubunda yerləşən anklavı olan Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır. Bu layihə Bakının təşəbbüsü ilə ikinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı üçtərəfli bəyanata daxil edilib. Moskvanın vasitəçiliyi ilə imzalanmış yuxarıda adı çəkilən sənəd marşrutun gələcək idarə olunmasında Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma bu gün İrəvan bu sxemə etiraz edir və təkid edir ki, gömrük rüsumlarından, pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər bütün aspektlərə özü nəzarət edəcək.

Bakı cavab verir ki, taleyi sual altında ola biləcək nəqliyyat layihəsinə sərmayə qoymağa hazır deyil, məsələn, Ermənistanda hakimiyyət dəyişsə, bu proje sıradan çıxa bilər. Ona görə də Azərbaycan tələb edir ki, marşrutun dayanıqlı fəaliyyətinə cavabdeh olmaq üçün kənar zamin cəlb edilsin. Görünür, bu mövqe Türkiyə tərəfindən bölüşdürülür, baxmayaraq ki, İrəvan hələ də Ankaranı Ermənistanın marşruta tam nəzarət etmək hüququnu tanımağa inandırmağa ümid edir.

Danışıqlar müddətində tərəfləri uzlaşmaya ən yaxın edən komromis variant avropalı vasitəçilərin səyləri əldə olunub. Bir neçə il əvvəl Avropa İttifaqı Rusiya və Gürcüstanın 2008-ci il müharibəsindən sonra qoyduğu presedentə əsaslanan variant təklif etdi: nəqliyyat marşrutlarının idarə edilməsinin müstəqil xarici şirkətə verilməsi. O zaman müzakirələr Abxaziya və Cənubi Osetiya vasitəsilə yük daşınması ilə bağlı idi, burada nəzarəti İsveçrə operatoru həyata keçirməli idi və məlumatları müntəzəm olaraq bütün maraqlı tərəflərlə bölüşməyə borclu idi.

Vəziyyətdəki əhəmiyyətli fərqlərə baxmayaraq, bu mexanizm Ermənistan və Azərbaycana da təklif edilib. Lakin müzakirələrdə heç bir irəliləyiş əldə olunmayıb. Aİ-nin cəhdlərinin qarşısı alınıb: əvvəlcə Ermənistan-Azərbaycan sərhədində gərginliyin yeni mərhələsi başlayıb, sonra 2023-cü ildə Dağlıq Qarabağda gərginlikn yaşanıb”, - məqalədə bildirılib.


Karnegi Fondu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ABŞ-nin prosesə qoşulduğunu bəyan edib.
“Bu gün ABŞ danışıqları canlandıra bilər. İki xarici diplomat bildirib ki, dünyada münaqişələrin həlli kursunu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını təklif edib. Ümumiyyətlə, bu plan Aİ-nin təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır: Amerika biznesinin birbaşa iştirakı ilə sazişin davamlılığına zəmanət vermək – məsələn, Ukraynada nadir metallar üzrə sövdələşmədə baş verdiyi kimi.

Bununla belə, Vaşinqton prosesin “ölü nöqtə”dən hərəkətə keçməsi üçün çox səy göstərməli olacaq. İki mümkün variant var. Birincisi, sülh sazişini imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyası ilə bağlı irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır. Buna, məsələn, Əliyevi Ağ Evə dəvət etməklə nail olmaq olar.

İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etməsi -İrəvana Amerika modeli ilə razılaşması üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq.

Müzakirələr hələ ilkin mərhələdə olsa da, təfərrüatlar dəyişdirilə bilər, ABŞ rəsmilərindən biri uğur qazanacaqlaına əmin olduğunu bildirib. “Ola bilsin ki, prezident Tramp hətta buna görə Nobel mükafatı da alar”, - amerikalı rəsmi deyib”, – məqalədə bildirilib.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri