Icma.az
close
up
RU
Naxçıvana quru yolumuz ədalətin Zəngəzur dəhlizi təcəllisi

Naxçıvana quru yolumuz ədalətin Zəngəzur dəhlizi təcəllisi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan mənasız inadından əl çəkməlidir, yoxsa...

“Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”. Bu fikirləri Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. 

Qeyd edək ki, dövlətimizin başçısı məsələ barədə Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söz açıb.  Deməli, ölkəmiz Naxçıvana yol xüsusunda prinsipial mövqeyinə sadiqdir. O yol ki, özündə Zəngəzur dəhlizi ilə yanaşı, böyük Orta Dəhliz ideyasını birləşdirir. 

Əlbəttə, açar komponent Naxçıvana yoldur. Prezident İlham Əliyev Azərbaycan vətəndaşları üçün tam təhlükəsizliyinin vacibliyini ona görə vurğulayır ki, yaxın keçmişin acı yaşantıları var. Həmin yaşantılardan ciddi nəticə çıxarmalıyıq. Bakıdan Naxçıvana gedən qatarlarımızın daşa basılması hallarını unuda bilmərik. Ermənistanın durumun yenidən təkrarlanmayacağına dair təminatına inanmaq olmaz. Çünki ölkə rəhbərliyi indiyədək heç bir vədinin üstündə durmayıb. 

Amma məsələnin digər vacib tərəfi var. Yəni, əlahəzrət fakt budur ki, Naxçıvana dəmir yolu heç vaxt Ermənistanın olmayıb. Prezident İlham Əliyevin də vurğuladığı budur: “Ermənistan ərazisində olan hissəyə gəldikdə, yeri gəlmişkən, sovet vaxtında bu dəmir yolu Azərbaycan dəmir yolunun ayrılmaz bir hissəsi idi. Və bu Ermənistanın dəmir yolu strukturuna aid deyildi. Çünki onun Ermənistanın dəmiryolu şəbəkəsi ilə hər hansı bir bağlılığı yox idi. Ona görə Zəngəzur dəhlizinin əslində açılması ilə biz Şimal-Cənub marşrutunun digər bir vektorunu açacağıq”.

Tam əminliklə deyə bilərik ki, Naxçıvana yolla bağlı tarixi fakt ölkəmizin Zəngəzur dəhlizi təşəbbüsündəki prinsipillığa adekvatdır. Adekvatlığın isə qlobal maraqlar seqmenti aktualdır. Prezident İlham Əliyev həmin maraqların xalqımızın və dövlətimizin mövqeyi ilə uzlaşdığını önə çəkir. Ona görə də dövlətimizin başçısının fikirləri, müəyyən mənada, beynəlxalq ictimaiyyətə çağırışdır. Bir halda ki, Zəngəzur dəhlizi dünya üçün əhəmiyyətlidir, deməli, onun fəaliyyəti, yəni Naxçıvana yolun bərpası haqqa və ədalətə əsaslanmalıdır. Axı Naxçıvana gedən Mincivan-Mehri-Kərçivan dəmir yol hissəsinin Azərbaycan dəmir yollarına məxsusluğu yaddan çıxarıla bilməz. Bu həqiqəti vaxtilə həmin yolun rəisi işləmiş Ayrepetov familiyalı Bakı ermənisi də təsdiqləyirdi. 

Bəli, beynəlxalq hüquqa əsasən, ölkəmiz Naxçıvana dəmir yolunu açmaq üçün hətta hərbi əməliyyatlar keçirmək ixtiyarındadır. Məsələ ondadır ki, 1920-ci ildə Zəngəzur Ermənistana bağışlansa da, ərazidən keçən dəmir yolu İrəvana verilməmişdi. Söhbət lap başlanğıcda Ələt-Culfa dəmir yolu xətti kimi inşa edilmiş yoldan gedir. Hələ dəmir yolunun İrəvan-Bakı qolu da Azərbaycan Dəmir Yolunun tərkibində olub. Yolun Ermənistan SSR ərazisindəki stansiyası isə sovet sərhədçiləri tərəfindən qorunub. Çünki İranla sərhəd amili var idi. 

Onu da bildirək ki, sovet dövründə Bakı-Culfa dəmir yolunun Arpaçay-İrəvan və Mincivan-Qafan qolları da Azərbaycan SSR-in balansına daxil edilmişdi. Yəni, Ermənistanda bu amil də nəzərə alınmalıdır. Ancaq nəzərə alınmır. Bunu baş nazir Nikol Paşinyanın ötən həftə keçirdiyi mətbuat konfransında bildirdikləri fikirlər də təsdiqləyir. Rəsmi İrəvan ərazi bütövlüyü və suverenlik klişelərini gündəmdə saxlayır və belə təəssürat yaradır ki, Zəngəzur dəhlizi ideyası Ermənistana qarşı intervensiyadır. Məsələnin belə qoyuluşu yanlışdır və izah etdik nə üçün. 

Ancaq rəsmi İrəvanın yanlışlığı Ermənistana baha başa gələ bilər. Prezident İlham Əliyevin də bildirdiyi budur: “Belə çıxır ki, Ermənistanın tranzit ölkəyə çevrilmə şansları sıfıra gedir. Əgər bundan sonra da bu prosesi bloklaşdıracaqlarsa, düşünürəm ki, onlar nəinki nəqliyyat baxımından elə bugünkü təcrid olunmuş vəziyyətdə qalacaqlar, o cümlədən həm də siyasi təcrid olunmuş vəziyyətə düşəcəklər”.

Dövlətimizin başçısının da bildirdiyi kimi, dəmir və avtomobil yolları ilə daşımalarda söhbət təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsindən getmir. Çünki durumun beynəlxalq daşımalar baxımından mənası var. Prezident Əliyev heç də əbəs yerə ölkəmizin fəal şəkildə daşımalara və logistika sahələrinə böyük sərmayələr qoyduğuna, son illər ərzində milyardlarla dollar həcmində sərmayələrin Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanının yaradılmasına yatırıldığına diqqət çəkmir. Söhbət hazırda 25 milyon ton həcmində yüklərin daşınması üçün aparılan işlərdən gedir. Bunun qarşılığında isə: “Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 5 ildir heç nə etməyib. Ermənistan tərəfində bu iş bilərəkdən gündəlikdən çıxarılır”.

Ümumiləşdirmə apararaq belə nəticəyə gəlirik ki, Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşmamaqla, həm də dünya üçün əhəmiyyət daşıyan layihənin həyata keçməsini ləngidir. Axı “Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək”. O ki qaldı Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsinə dair söz-söhbətlərə, Prezident İlham Əliyevin bildirdiklərindən gəlinən qənaət budur ki, məsələ Azərbaycan üçün prioritet deyil. Həm də ona görə ki, yenidən qanunsuzluğa yol vermək olmaz. Yəni, Rusiyanın yerini ABŞ tutmamalıdır. 

Məsələ ondadır ki, hazırda Ermənistanın dəmir yolları, faktiki olaraq, Rusiyanındır. Çünki “Cənub Qafqaz Dəmir Yolları” QSC-nin konsessiyası bu ölkəyə məxsusdur. Belə ki, 2008-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Köçəryan öz adamı Serj Sarkisyanı hakimiyyətə gətirmək üçün Kremlin dəstəyini qazanmaq naminə “Cənub Qafqaz Dəmir Yolları” QSC-nin səhmlərini Rusiyaya bağışladı. Yəni, onun ölkəsinə məxsus olmayanı başqa ölkəyə verməsi beynəlxalq hüquqa zidd mahiyyət daşıdı və eyni qanunsuzluq və özbaşınalıq hazırda ABŞ-a güzəştin timsalında təkrarlanmamalıdır. Görünür, həm də buna görədir ki, Prezident İlham Əliyev vurğulayır: “Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz”. 

Ə.CAHANGİROĞLU,

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri