Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: Ərdoğanın mesajı və ...ermənisayağı inad

Zəngəzur dəhlizi: Ərdoğanın mesajı və ...ermənisayağı inad

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsmi İrəvanın reaksiyası qənaətbəxş deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda ciddi ajiotaj doğurub. Amma yazımız təkcə bu barədə olmayacaq. Müxtəlif əlaqəli məqamlara nəzər salıb, rəsmi İrəvanın böyük ideya qarşısındakı müqavimətinin mənasızlığını vurğulayacağıq.

Ondan başlayaq ki, cənab Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açarkən, layihənin bütün region üçün yeni imkanlar açdığını vurğulayıb. Türkiyə lideri dəhlizin yalnız geosiyasi deyil, habelə geoiqtisadi sıçrayış yaradacağını deyərək, onun ölkəsi ilə yanaşı, Azərbaycana, Ermənistana və İrana böyük perspektivlərini qabardıb. “Dəhlizin (Zəngəzur dəhlizinin – red.) açılması Orta Dəhlizi gücləndirəcək. Türkiyə malları tez bir şəkildə Mərkəzi Asiya və Çinə çatacaq”, - deyən Ərdoğan Ermənistanın məsələyə münasibəti baxımından bir sıra məqamların üzərində dayanıb. Hələlik isə bir haşiyə çıxaq.

***

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Türkiyədə səfərdə olmuş, Ərdoğanla görüşdən əvvəl yerli erməni icmasının nümayəndələri ilə bir araya gəlmişdi. Maraqlıdır ki, Nikolun icma təmsilçiləri ilə görüşünə dair məlumat onun Türkiyə lideri ilə təmasından sonra yayılmışdı. Belə rəy yaranmışdı ki, Paşinyanın həmvətənləri ilə görüşdə dilə gətirdiyi tezislər onun Ərdoğanla söhbətinin nəticəsi ilə uzlaşır.

Qeyd edək ki, Nikol icma üzvlərinə özünün irəli sürdüyü “Dünyanın kəsişməsi” ideyası barədə məlumat vermişdi. O ideya ki, ölkəmizin Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ qismində irəli sürülüb və böyük ölçüdə Cənubi Qafqazda erməni avantürasının yaşadılmasına hesablanıb. Erməni iqtidarı çalışmışdı ki, Nikolun Türkiyə səfəri prizmasında “Dünyanın kəsişməsi”nin, guya, Ankara tərəfindən də dəstəkləndiyi görüntüsünü formalaşdırsın. Cənab Ərdoğanın hazırda bildirdiyi fikirlər isə belə bir dəstəyin yolverilməzliyinin təsdiqidir.

Ümumən, məlumdur ki, Ankara üçün erməni avantürasına yaşıl işıq yandırmaq nonsensdir. Çünki ortada Azərbaycan amili var. Türkiyə Azərbaycanın mövqeyinə zidd addım atmayıb və atmayacaq. Ankaranın məqsədi, loru dildə desək, Ermənistanı düz yola gətirməkdir. Əslində, cənab Ərdoğanın da söylədikləri bunun sübutudur.

Qardaş ölkə lideri İrəvanın əvvəl Zəngəzur dəhlizinə qarşı zidd mövqe tutduğunu vurğulayıb və əlavə edib ki, hazırda Ermənistan iqtisadi inteqrasiya məsələlərində aktivlik nümayiş etdirir. Bu o deməkdir ki, Ankara İrəvanın aktivliyinin məhz Zəngəzur dəhlizi reallığına əsaslanmasının tərəfdarıdır. Cənab Ərdoğanın məlum açıqlaması fonunda onun Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunması da diqqət çəkir. Deməli, Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqe, eyni zamanda, Bakı və İrəvan arasındakı barış mühitinin təminatçısı rolunda çıxış edir. Elə isə Ermənistanda Türkiyə liderinin açıqlamasına hansı tərzdə münasibət bildirilməsi üzərində dayanaq.

***

Beləliklə, cənab Ərdoğanın dediklərinə şərh verən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan vurğulayıb ki, ölkəsi regional miqyaslı iqtisadi inteqrasiyada iştirak baxımından daha səmərəli yanaşma təklif edir. Sən demə, həmin yanaşma “Dünyanın kəsişməsi” imiş: “Ermənistan regional əlaqələrin genişləndirilməsində və iqtisadi inteqrasiyada maraqlı olub və maraqlıdır. Bu nöqteyi-nəzərdən ölkə “Dünyanın kəsişməsi” təşəbbüsünü, eyni zamanda, müvafiq ideyaları, həll yollarını və konstruktiv yanaşmaları irəli sürüb. Bizim fikrimizcə, bu, region ölkələrini, eyni zamanda, daha böyük əməkdaşlıqda maraqlı olan partnyorları qarşılıqlı mənfəətli nəticələrlə təmin edəcək. Əvvəllər olduğu kimi, regionun nəqliyyat infrastrukturunun blokdan çıxarılması üçün erməni baxışı fundamental prinsiplərə – marşrut üzərində milli yurisdiksiyaya və suverenliyə əsaslanır və bu, məlum olduğu kimi, başqa məntiqi nəzərdə tutmur. Tərəfdaşlarla müzakirələr davam edir”.

Yeri gəlmişkən, N.Paşinyan bu ilin martında “Ermənistan və Azərbaycan arasında kommunikasiya kanalları haqqında” sərlövhəli məqalə yazmışdı. Baş nazirin “Dünyanın kəsişməsi”nin tərkib hissəsi kimi qələmə verdiyi plana görə, regional kommunikasiyaların açılmasının iki hərəkət trayektoriyası olmalıdır. Birincisi, yüklərin Azərbaycanın Laçınından Ermənistanın Kornidzoru vasitəsi ilə Marqaraya, oradan isə Türkiyəyə daşınmasıdır. Nikol məqaləsində, həmçinin, guya təhlükəsizlik zəmanəti məsələsini də həll etmişdi. Sən demə, Laçın-Kornidzor-Marqara marşrutu üzrə hərəkət zamanı azərbaycanlı sürücülər üçün psixoloji çətinliklər yaranarsa, yükdaşımalar Ermənistan yollarında işləmiş türkiyəli sürücülər tərəfindən təşkil oluna bilər.

İkinci məqama diqqət yetirək. Paşinyanın Zəngəzur dəhlizinin mühüm komponenti sayılan Naxçıvana yolla bağlı fikirlərinə gəlincə, baş nazir məqaləsində sözügedən yolun açılmasına paralel Mehri-Yerasx marşrutunu irəli sürmüş, bu marşrutu “Ermənistandan Ermənistana yol” adlandırmışdı. Nəzərə alaq ki, Azərbaycan Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqi üzərində dayanır. Yəni, ərazidə hansısa gömrük və sərhəd nəzarəti tətbiq edilə bilməz.

Ümumən, Paşinyanın məqaləsindən belə nəticə hasil olmuşdu ki, Ermənistanın məqsədi Naxçıvana yola imkan verməməkdir. Onu da nəzərə alaq ki, Naxçıvan məhz erməni avantürası səbəbindən Azərbaycanın digər ərazilərindən ayrı düşüb. Deməli, heç bir halda, “Azərbaycandan Azərbaycana yol”a qarşı “Ermənistandan Ermənistana yol” təşəbbüsü irəli sürülə bilməz. Müvafiq olaraq, “Dünyanın kəsişməsi”nin Orta Dəhlizin tərkib hissəsi ola biləcəyinə dair erməni rəsmilərin bölüşdükləri fikirlərin də əhəmiyyəti yoxdur. Əslində, Türkiyə lideri açıqlaması ilə həm də bunu vurğuladı, Azərbaycanın regional kommunikasiyaların açılması gündəmini prioritet saydı.

***

Sonda qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi” ilə bağlı söylədiklərinə münasibətdə Ermənistanda yaşanan ajiotaj fonunda Paşinyanın Türkiyədə erməni icması ilə görüşü zamanı dilə gətirdiyi bir fikir də yada salınır. “Mənim üçün aydındır ki, “Dünyanın kəsişməsi” layihəsi Orta dəhliz layihəsinin bir hissəsi ola bilər və bu, ümumi məntiqə uyğundur. Əgər (Azərbaycan və Türkiyə – red.) Ermənistan ərazisindən keçmək istəyirlərsə, qoy keçsinlər. Bu, pisdirmi? Biz “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində özümüz təklif edirik”, - deyən Paşinyan Böyük Turan layihəsi üzərində də dayanmışdı. Onun sözlərindən belə nəticə hasil olmuşdu ki, Böyük Turanın necə təsəvvürə gətirilməsindən asılı olmayaraq, Ermənistan Naxçıvana yolu özünün ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında görür.

O da məlumdur ki, ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı Ermənistanın Naxçıvana yola, habelə Zəngəzur dəhlizinə, böyük anlamda isə Orta Dəhlizə maneçilik üçün ortaya atdığı siyasi klişedir. Bu klişeni Qərbin hansı dairələrinin dəstəklədikləri hər kəsə yaxşı məlumdur. Cənab Ərdoğanın fikirləri Türkiyənin həm də belə mənfi təmayüllərə münasibətdəki qətiyyətli mövqeyinin bir daha ifadə olunmasıdır.

Deməli, nəinki Ermənistan, eləcə də onun xaricdəki havadarları anlamalıdırlar ki, geniş anlamda götürsək, Orta Dəhliz, heç bir halda, özündə erməni avantürasına dəstək seqmentini yaşatmayacaq. Bilavasitə Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə gəlincə, bunu toxunulmaz saxlamağın formulları var. Yaxşı olar ki, rəsmi İrəvan məhz mövcud istiqamətdəki müzakirə üçün səy göstərsin. Çünki obrazlı desək, sel qarşısında dayanan çör-çöpə baxmır, axıb keçir. Hesab edirik, əlavə şərhə ehtiyac yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri